Yuxarı

Özbəkistanın bu qərarı... - Bakı alqışladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistanın bu qərarı... - Bakı alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb.

XİN-dən Axar.az-a verilən məlumata görə, sənəddə bildirilir ki, 2019-cu il sentyabrın 14-ə təsadüf edən Özbəkistan Respublikası tərəfindən Naxçıvan Sazişinin ratifikasiyasının tamamlanması türkdilli dövlətlərin həmrəyliyinin möhkəmləndirilməsində növbəti əlamətdar hadisə oldu: "Belə ki, 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu TDƏŞ-ə daha bir türkdilli ölkə - Özbəkistanın qoşulmaq qərarı açıqlandı. Bu qərarı münasibətilə qardaş Özbəkistanı təbrik edirik".

Bəyanatda deyilir ki, Özbəkistanın Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığımızı müasir zəmanənin tələblərinə uyğun olaraq türkdilli dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir: "Özbəkistanın TDƏŞ-ə qoşulması barədə bu tarixi qərarının məhz Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsi Azərbaycan Respublikası üçün xüsusi rəmzi məna daşıyır. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə Prezident Şövkət Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyətini salamlamaq bizim üçün şərəfli və xoş bir fürsət olacaq".

Tarix
2019.09.16 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

Prezident Meloninin şərəfinə şam yeməyi verdi

Paşinyan Ərdoğanın müavini ilə görüşündən yazdı

Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla