Yuxarı

Əliyevin Soçidə Nikola cavabı: Bakı və Kreml razılaşır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər şeydən əvvəl Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndiriyi sərsəm bəyanatlara verdiyi cavabın zaman və məkan seçimi diqqət çəkir.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevin Soçidə keçirilən “Valday” forumunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib. O qeyd edib ki, Paşinyan beynəlxalq hüquqa, danışıqların və Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə zidd olan açıqlamasını Xankəndidə, erməni əhalisi qarşısında vermişdisə, İlham Əliyevin cavabı beynəlxalq tribunadan səsləndi:

“Prezident İlham Əliyev Paşinyanın təxribatçı açıqlamalarının cavabını məhz dünyanın bir çox dövlət başçılarının iştirak etdiyi, beynəlxalq ekspertlərin qatıldığı olduqca mötəbər bir tədbirdə verdi və bu cavab özündə son dərəcə böyük qətiyyəti ehtiva etdi. Paşinyan sözügedən açıqlamalarında hətta Ermənistan Konstitusiyasının özünə zidd olan fikirlər səsləndirmiş, əvvəlki çıxışlarını təkzib edərək, “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” sözləri ilə ölkəsinin işğalçı mahiyyətini ortaya qoymuşdu.

Prezident İlham Əliyev isə beynəlxalq hüquqa əsaslandı, Azərbaycanın ərazi bütövlüyünün bütün dünya tərəfindən tanındığını bir daha diqqətə çatdırdı, BMT, Avropa Şurası və Avropa Birliyi qətnamələrini xatırlatdı. Ölkə başçısı bütün hüquqi əsaslandırmaları aparandan sonra sərt mövqeyini ortaya qoydu və “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” qətiyyətini göstərdi. Burda “nida işarəsi” vurğusu əslində, Paşinyanın “nöqtə” mövqeyinə Azərbaycanın bütün parametrlərdə - həm siyasi, həm beynəlxalq hüquq, həm də hərbi müstəvidə cavab verməyə hazır və qadir olduğunun nümayişidir”.

A.Camalqızının sözlərinə görə, Prezident İlham Əliyevin sözügedən iclasda çıxışı zamanı diqqətə çatdırdığı digər maraqlı məqam Paşinyanın söylədiyi “Dağlıq Qarabağ xalqı” anlayışı ilə bağlıdır:

“Nikol Paşinyan bir neçə dəfə elan etmişdi ki, münaqişə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqının maraqlarına uyğun tənzimlənməlidir. Paşinyan hətta son çıxışında İlham Əliyevə müraciət də ünvanlamışdı ki, o, “Azərbaycan xalqının maraqları təmin edilməlidir” mövqeyini səsləndirdiyi kimi, İlham Əliyev də analoji mövqe sərgiləyərsə, işin xeyrinə olar. Bu, əslində növbəti riyakarlıq və beynəlxalq ictimaiyyətə ünvanlı oyun idi. İlham Əliyev bu çıxışa yenə də ən mötəbər tribunadan sərrast, dəqiq və təmkinlə cavab verdi. Ölkə başçısı söylədi ki, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil, Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var. Bu, Paşinyanın danışıqların mahiyyətini imitasiya etməsinə verilən bir cavabdır”.

Politoloq Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında söylədiyi fikirləri xatırladaraq, bunun Azərbaycan üçün önəminə toxunub:

“Bizim üçün diqqətçəkən məqamlardan biri də bu idi ki, sözügedən iclasda çıxış edən Lavrov “Dağlıq Qarabağ Ermənistandır” bəyanatının münaqişənin həllinə kömək etmədiyini bildirdi və Rusiyanın İrəvanın bu mövqeyinə qarşı olduğunu vurğuladı. Lavrov, həmçinin, Dağlıq Qarabağ münaqişəsini Kosova ilə müqayisə etdi. Bildiyimiz kimi, Rusiya Kosovanın müstəqilliyini tanımır. Rusiyanın Kosovaya baxışı Serbiyanın ərazi bütövlüyü çərçivəsindədir. Bu baxımdan Lavrovun müqayisəsi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxışını ortaya qoyması anlamına gəlir.

Hər kəsə məlumdur ki, Rusiya XİN-də erməni lobbisinin təsiri həddindən artıq çoxdur. Lavrovun bu cür kontekstdə açıqlaması bəlkə də ilk dəfədir.

Rusiyanın mövqeyi, ardınca isə İlham Əliyevin bu cür qətiyyəti Rusiya və Azərbaycanın maraqlarının uyğunlaşdırılması istiqamətində son aylar çox ciddi diplomatik işlər aparıldığını göstərir. Belə görünür ki, Paşinyanın qeyri-müəyyən, bir-birinin təkzib edən və konkret auditoriyaya ünvanlanan, münaqişənin nizamlanması prosesini sülh məcrasından çıxaran açıqlamaları Azərbaycanın Rusiya ilə diplomatik müstəvidə ciddi iş aparması ilə müşayiət olunub. Putinin İrəvanda Paşinyanla, Soçidə isə İlham Əliyevlə görüşü arasındakı adi gözlə görünən çox böyük fərqi də bura əlavə etsək, bu kontaktların nəticəsini təsəvvür etmək çətin olmaz. Azərbaycan XİN rəhbərinin BMT-də bir neçə gün öncəki məşhur çıxışını da yada salsaq, hesab edirəm ki, Bakının bu qəti addımlarından sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların fərqli istiqamətini müşahidə edəcəyik”.

Tarix
2019.10.04 / 22:16
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla