Yuxarı

İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq

Azərbaycan Prezidenti İlham Əliyevin Soçidəki “Valday” forumunda çıxışı bir daha göstərdi ki, Bakının Dağlıq Qarabağ məsələsində mövqeyi bəllidir və Ermənistana bu məsələdə heç bir güzəşt olunmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI illik iclasında ölkə başçısı İlham Əliyevin çıxışı haqqında danışarkən deyib. O bildirib ki, Prezident İlham Əliyevin çıxışı kifayət qədər aydın və dəqiq idi:

“Valday” forumu Rusiyanın dünyaya önəmli mesajlar verdiyi böyük tədbirdir və Azərbaycan Prezidenti İlham Əliyevin oraya dəvət olunması təqdirəlayiqdir. Bildiyimiz kimi, İlham Əliyev daim bu cür möhtəşəm beynəlxalq tədbirlərdə - həm Davos Forumunda, həm Münhen Təhlükəsizlik Konfransında və s. mütəmadi olaraq iştirak və çıxışlar edir. “Valday” forumu nisbətən gənc olsa da, qısa zamanda nüfuzlu platformaya çevrilib. Prezident İlham Əliyevin iştirakı həm onun şəxsi nüfuzu, həm də ölkəmizin dünyada artan rolu ilə bilavasitə əlaqədardır”.

Politoloq bildirib ki, İlham Əliyevin “Valday” klubunda Ermənistanla bağlı çıxışı çox sərt və qətiyyətli idi:

“Ölkə başçısının həmin tədbirdə çıxış etməsi və çıxışının əsas hissəsində Paşinyanın sərsəm bəyanatlarına cavab verməsi çox yerinə düşdü. İlham Əliyev kifayət qədər sərt bir şəkildə və böyük siyasi iradə nümayiş etdirərək, Ermənistanın baş nazirinin bu günə qədər səsləndirdiyi sərsəm bəyanatlara arqumentlərlə cavab verdi. Onun xüsusilə “Qarabağ Azərbaycanındır” kimi qəti mövqeyi göstərdi ki, bu məsələdə heç bir güzəşt olmayacaq”.

Tarix
2019.10.04 / 15:02
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla