Yuxarı

Çavuşoğlu və Kamilov Bakıda görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğlu və Kamilov Bakıda görüşdü

Oktyabrın 13-də Bakıda Özbəkistan və Türkiyə xarici işlər nazirləri – Əbdüləziz Kamilov və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının VII iclası çərçivəsində baş tutub.

Nazirlər Özbəkistanın Türk Şurasına tamhüquqlu üzv qəbul edilməsi münasibətilə bir-birlərini təbrik ediblər. Onlar əmin olduqlarını bildiriblər ki, Özbəkistanın Türk Şurasına qoşulması təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlıq potensialının əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edəcək.

Görüş zamanı Özbəkistan-Türkiyə strateji tərəfdaşlığının aktual məsələləri, onun konkret istiqamətlər üzrə perspektiv inkişafı müzakirə olunub.

Tərəflər ikitərəfli planda və Türk Şurası formatında çoxplanlı qarşılıqlı əməkdaşlığın gələcək inkişafında maraqlı olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, hər iki nazir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının VII iclasında iştirak etmək üçün Azərbaycan paytaxtındadırlar.

Tarix
2019.10.14 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla