Yuxarı

Milli tariximizin həqiqi qürurverici məqamı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli tariximizin həqiqi qürurverici məqamı

2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xalqımızın müasir tarixinə ən əlamətdar və qürur doğuran hadisələrindən biri kimi daxil olmuşdur. Dünyanın nüfuzlu təşkilatının ali orqanında ölkəmizin təmsil olunması prosesi müxtəlif mərhələlərdən və namizədliyini irəli sürmüş digər dövlətlərlə rəqabət şəraitində keçmişdir. Gizli səsvermənin 16-cı mərhələsindən sonra Azərbaycan səs çoxluğu ilə dünyanın 193 dövlətindən 155-nin dəstəyini qazanaraq, 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilmişdir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Feysbuk səhifəsində qeyd edib.

"Ölkəmizin əldə etdiyi bu tarixi nailiyyət, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və uzaqgörən xarici siyasətin nəticəsi kimi mümkün olmuşdur. Məlumdur ki, qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan dövlətlərin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına verdiyi tövhələr, BMT-nin digər məqsədlərinin reallaşması prosesində yaxından iştirak etmək imkanı, mövcud ölkənin beynəlxalq münasibətlər sistemindəki yeri və rolu kimi mühüm amillər nəzərə alınır. Azərbaycanın göstərilən parametrlərə uyğun və beynəlxalq aləmdə fəal şəkildə dəstəklənən xarici siyasət apardığı onun Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bir daha sübut edildi.

Erməni lobbisinin və Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində BMT-nin üzvü olan dövlətlərin əksəriyyətinin birbaşa dəstəyinə nail olmaq, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yüksək siyasi iradəyə söykəndiyini və qətiyyətli xarakter daşıdığını sübut etdi. Həmin ərəfədə ermənilər Azərbaycana qarşı məkrli və çirkin siyasi kampaniya aparsalar da, mənfur niyyətlərinə nali ola bilmədilər. Ermənistanın da ilkin mərhələdə Təhlükəsizlik Şurası üzvlüyünə öz namizədliyini irəli sürməsinə baxmayaraq, sonradan bu dövlətin diplomatik mübarizədə Azərbaycanla hər hansı bir rəqabət imkanına malik olmadığı üzə çıxdı və bunun etirafı olaraq namizədliyini geri götürmək məcburiyyətində qaldı.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin tarixi-siyasi əhəmiyyəti həm də ondan ibarətdir ki, bu hadisədən sonra ölkəmizin milli maraqlarının qlobal səviyyədə təmin edilməsi istiqamətində fəal səylər göstərilmiş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Şuranın iclaslarında müzakirə olunmuş və real həqiqətlər dünya içtimaiyyətinə çatdırılmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində təşkilatın 13 açıq və 16 qapalı iclası keçirilmişdir. Bununla yanaşı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyinə xüsusi diqqət yetirilmiş, bu məsələlər Şuranın qəbul etdiyi sənədlərdə öz əksini tapmışdır", - Ə.Həsənov qeyd edib.

Tarix
2019.10.24 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla