Yuxarı

İslahatlara böyük ehtiyac duyulur – İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslahatlara böyük ehtiyac duyulur – İlham Əliyev

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşündə çıxışında deyib.

Prezident Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunduğunu və qısa müddət ərzində beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazandığını bildirib:

“Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.

Tarix
2019.10.25 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Pakistanda terror hücumlarını pislədi

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla