Yuxarı

İlham Əliyev Əlcəzair prezidenti ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:53

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalah ilə görüşü olub.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı Əlcəzair Prezidentini qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Sonra Prezident İlham Əliyevin və Prezident Abdelkader Bensalahın görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Mən çox şadam ki, ölkəniz Sammitdə mümkün ən yüksək səviyyədə təmsil olunur. Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyinə namizədliyini dəstəklədiyinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi, biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçilmişik. Biz bunu siyasətimizə olan güclü dəstək və əməkdaşlığımızın yaxşı göstəricisi hesab edirik. Qoşulmama Hərəkatının sədri olaraq biz ölkələr arasında həmrəyliyi gücləndirmək üçün əlimizdən gələni edəcək və lazım gələrsə, konkret problemlərin həllinə yardım üçün səy göstərəcəyik. Əlbəttə ki, bu, ikitərəfli əlaqələrimizlə bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkandır.

Sizin Azərbaycana səfəriniz tarixi əhəmiyyət kəsb edir. Çünki diplomatik əlaqələrimiz ərzində ilk dəfədir ki, Əlcəzair Prezidenti Azərbaycana səfər edir. Sözsüz ki, bu səfər hər iki ölkə üçün xüsusi məna kəsb edir. Biz ölkələrimiz arasında olan çox fəal siyasi dialoqu nümayiş etdiririk. İslam Əməkdaşlıq Təşkilatında ölkəniz Ermənistanla münaqişədə bizi dəstəkləyir. Ona görə də biz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və əlbəttə ki, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyi davam etdirəcəyik. Mən, həmçinin düşünürəm ki, hazırda iqtisadi əməkdaşlıq məsələlərini, xüsusilə ticarət dövriyyəsinin artırılması yollarını müzakirə etmək üçün yaxşı vaxtdır. Bir daha xoş gəlmisiniz.

Əlcəzair Prezidenti Abdelkader Bensalah deyib:

- Zati-aliləri, təşəkkür edirəm. İcazə verin Sammitdə iştirak etmək və onun uğuruna töhfə vermək üçün dəvətə görə minnətdarlığımı bildirim. Mən təşkilatımıza sədrliyiniz münasibətilə Sizi təbrik etmək istərdim. İcazənizlə bildirim ki, biz bu mühüm Sammit nəticəsində qəbul olunacaq qərar və tövsiyələrin mətninin tərcüməsi və dəqiqləşdirilməsi üçün Sizin qulluğunuzdayıq. Sammitin çox yaxşı və uğurlu təşkili münasibətilə Sizi təbrik etmək istərdim. Bizim münasibətlərə gəldikdə, mən ikitərəfli münasibətlərin inkişafına hazır olduğumuzu ifadə etmək istəyirəm. İcazə verin bildirim ki, ölkələrimizin və xalqlarımızın istəklərinə nail olmaq üçün biz münasibətlərimizi inkişaf etdirməyə çox şadıq. İcazə verin bildirim ki, ölkənizi idarəetmə tərziniz və qəbul etdiyiniz inkişaf siyasətini qavrama üsulunuz təkcə Azərbaycanda yox, bütün inkişaf etməkdə olan ölkələrdə qürur hissi oyadır. Nəinki təkcə Azərbaycanın aparıcı təcrübəsi ilə, eyni zamanda, ölkənin və Azərbaycan xalqının nailiyyətləri, uğuru və inkişafını təmin etmək istiqamətində yürütdüyünüz siyasətlə tanış olmaq bizim üçün çox yaxşı imkan idi. Biz bu münasibətlərin inkişafından fəxarət hissi keçiririk və bu kontekstdə mən bu yaxınlarda Azərbaycana yeni xanım səfirin təyin olunması xəbərini Sizə verməkdən şərəf hissi keçirirəm. Biz bu səfirə böyük etimad göstərəcəyik.

Tarix
2019.10.26 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla