Yuxarı

İlham Əliyev kadrlardan danışdı: Bundan sonra da...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəli, bu, çox böyük hadisədir. Bir daha demək istəyirəm ki, biz bu hüququ çox gərgin mübarizədə əldə etmişik. Bu, bizim ölkəmizin növbəti böyük qələbəsidir. Əminəm ki, Konqres Azərbaycanda ən yüksək səviyyədə keçiriləcək, minlərlə xarici qonaq ölkəmizə səfər edəcək, o qonaqlar ki, onlar bu gün dünyanın texnoloji gündəliyini müəyyən edir. Əlbəttə ki, bu, həm bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir və bununla bərabər böyük fürsətdir. Yəni biz bu Konqresin Azərbaycanda keçirilməsindən çox böyük dividendlər əldə etməliyik. O mənada ki, beynəlxalq əməkdaşlıq daha da geniş vüsət almalıdır.

Axar.az xəbər verir ki, bunu bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevi qəbul edərkən deyib.

“Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Əlbəttə ki, müasir texnologiyaların inkişafı bizim gündəliyimizin əsas məsələlərindən biridir. Bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır. Məhz buna görə Azərbaycan yüksək texnologiyaları inkişaf etdirən ölkələrdən biridir. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq. Siz də qeyd etdiyiniz kimi, hazırda artıq böyük biznes də bu sahəyə çox böyük maraq göstərir. Əslində inkişaf etmiş ölkələrdə müasir texnologiyalar, o cümlədən astronavtika sahəsində əldə edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Biz elə etməliyik ki, dünyanın aparıcı biznes strukturlarından hansıların rəhbərləri Azərbaycanda keçiriləcək Konqresdə iştirak edəcək, onlar bu tədbirə qədər ölkəmiz haqqında geniş məlumata malik olsunlar. Ona görə növbəti 2-3 il ərzində sizin və digər aidiyyəti qurumların rəhbərləri gərək bu şirkətlərlə sıx təmaslar qursunlar. Konqresə hazırlıq dövrü elə olmalıdır ki, buraya gələcək qonaqlar artıq bizimlə müəyyən müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olsunlar. Ona görə Konqresin keçirilməsi çox önəmli hadisədir. Ancaq Konqresdən sonrakı dövr də az əhəmiyyət daşımır. Çünki Konqresdən sonrakı dövr Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalıdır. Əlbəttə ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verəcək ki, Konqres ən yüksək səviyyədə keçirilsin”, - prezident bildirib.

Tarix
2019.10.30 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...

COP29-un bağlanış iclası: ikinci hissə keçirilir - Canlı

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla