Yuxarı

Vaşinqtonda Azərbaycanla bağlı müzakirə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaşinqtonda Azərbaycanla bağlı müzakirə

Vaşinqton şəhərinin tanınmış təhsil məkanlarından biri olan Corctaun Universitetində “Xəzər regionunda enerji və təhlükəsizlik” mövzusunda panel müzakirələr keçirilib.

Axar.az xəbər verir ki, müzakirələrdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın ölkəmizdəki sabiq səfiri və Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin rəhbəri Riçard Morninqstar, “BP America” şirkətinin hökumətlə əlaqələr üzrə direktoru Bob Şer və Corctaun Universitetinin professoru, tanınmış enerji mütəxəssisi Brenda Şaffer iştirak ediblər.

Müzakirələr zamanı səfir E.Süleymanov Xəzər regionunda transregional enerji bağlantıları layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycanın oynadığı həlledici rolu vurğulayıb, ölkəmizdə enerji sektorunda xarici investisiyalar və özəl sektor üçün yaradılmış şərtləri və şəffaflıq prinsiplərini xüsusi qeyd edib. Səfir ABŞ ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın sözügedən layihələrin həyata keçirilməsində vacib rol oynadığını xatırladıb.

Səfir R.Morninqstar Azərbaycanın enerji layihələrinin ABŞ-ın müxtəlif administrasiyaları tərəfindən dəstəkləndiyini və bu dəstəyin hazırda da davam etdiyini vurğulayıb. ABŞ diplomatı Azərbaycanın Avropanın mürəkkəb enerji arxitekturası üçün əlavə şaxələndirmə imkanları yaradan Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha vurğulayıb. O, müxtəlif kəmərlərin və marşrutların təbii qaz bazarının rəqabət qabiliyyətinin artırılmasına xidmət etdiyini bildirib, Cənub Qaz Dəhlizinin perspektivdə Orta Asiya bazarlarına çıxışı təmin edə biləcəyindən danışıb.

BP-nin nümayəndəsi B.Şer şirkətin Azərbaycanda həyata keçirdiyi layihələrdəki fəaliyyətindən və ölkəmizlə uzun illər davam edən uğurlu əməkdaşlığından bəhs edib. Cənub Qaz Dəhlizinin mühəndislik nöqteyi-nəzərdən dünyada ən mürəkkəb layihələrdən biri olduğunu vurğulayan şirkət rəsmisi layihənin bütün seqmentləri çərçivəsində iştirakçı ölkələr və şirkətlər arasında etibarlı tərəfdaşlığın olduğunu qeyd edib.

Corctaun Universitetinin professoru B.Şaffer Azərbaycan rəhbərliyinin praqmatik və uğurlu enerji siyasəti apardığını vurğulayaraq, bu yanaşmanın digər ölkələr üçün də nümunə ola biləcəyini qeyd edib.

Panel müzakirələrin sonunda iştirakçılar Corctaun Universitetinin tələbələri də daxil olan auditoriyanın suallarını cavablandırıb.

Tarix
2019.11.19 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla