Yuxarı

Paşinyan niyə tez-tez Qarabağa gəlir? - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan niyə tez-tez Qarabağa gəlir? - Şərh

Ermənistanın Baş naziri Nikol Paşinyan işğal altındakı torpaqlarımıza tez-tez gəlir, hətta bu səfərlərində ölkəsinin keçmiş rəhbərləri Robert Köçəryanı və Serj Sərkisyanı da üstələyir.

Axar.az xəbər verir ki, bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, Paşinyanın Dağlıq Qarabağa səfərlərinin səbəbini belə izah edib:

“Sonuncu ikisi qabarağlı olsalar da, heç bu qədər Dağlıq Qarabağa gəlmirdilər. Paşinyan bu gəlişlərlə göstərmək istəyir ki, guya Dağlıq Qarabağ separatçılarının mövqeyini nəzərə alır. Əslində isə Qarabağ klanından çəkindiyinə görə tez-tez separatçıların ayağına gedir. Onlara bəhanə vermək istəmir. Paşinyan budəfəki gəlişində Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşüb. Bunun da məqsədi aydındır. Paşinyan Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün “namizədlərə” mesajlarını şəxsən çatdırır”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 30-da Qarabağa gəlib.

Tarix
2019.12.02 / 12:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla