Yuxarı

Paşinyanın arvadı bu “dəvətlə” özünü yandırdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın arvadı bu “dəvətlə” özünü yandırdı

16:37

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə “dəvət edib”.

Axar.az xəbər verir ki, bunu Akopyan “BMT Təhlükəsizlik Şurası Qadınlar, Sülh və Təhlükəsizlik” konfransında çıxışı zamanı deyib.

Özünü “ledi” kimi aparmaq istəyən Akopyan Mehriban xanım Əliyevanın “Qarabağda muğam səslənməsi” istəyini “cavablandırdığını” düşünüb:

“O, bizim qonağımız ola bilər. Ermənilər qonaqları necə qəbul edib, hörmət bəsləməyi bilir. Bizim qonaqpərvərlik qaydalarımıza görə musiqi də sifariş vermək olar. Biz muğam təmin edə, onun arzusunu yerinə yetirə bilərik. O özünün sevimli muğamına Qarabağda qulaq asa bilər”, – deyə Akopyan bildirib.

Akopyan həmçinin Mehriban Əliyevanın onun təklifini qəbul edəcəyi halda Bakını ziyarət etməyə hazır olacağını söyləyib.

Xüsusi olaraq vurğulayaq ki, əri Paşinyanın məntiqindən qətiyyən fərqlənməyən bu açıqlama ilə Akopyan Qarabağın Ermənistan tərəfindən işğal altında saxlanıldığını təsdiqləmiş olub. Çünki Ermənistan Baş nazirinin arvadı heç bir normal siyasi əxlaq və beynəlxalq hüquqla özünü “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun “ev sahibəsi” kimi təqdim edə bilməzdi.

Əlbəttə, “Qarabağ Ermənistandır” deyən və işğalı təsdiqləməklə böyük bir siyasi təzyiq altına düşən, nəticədə Azərbaycan Prezidentinin beynəlxalq hüquqa əsaslanan sərt sözləri ilə qarşılaşan Paşinyanın arvadı elə bu məntiqdə də olmalı idi. Görünür, Ermənistan baş nazirinin ailəsində belə təzadlı açıqlamaların səbəbi irsi çatışmazlıq sindiromudur.

Mehriban xanım Əliyeva, əlbəttə, Azərbaycan Ordusunun antiterror əməliyyatının ardınca Qarabağa gedəcək, orada muğam da dinləyəcək, Şuşa və Xankəndi iqamətgahlarında isə öz qonaqlarını qəbul edəcək.

İnanmırıq həmin mərasimlərdə Akopyan iştirak etmək istəsin...

Tarix
2019.12.04 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla