Yuxarı

Bu seçkidə daha çox onlar seçiləcək – Eldar Namazov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu seçkidə daha çox onlar seçiləcək – Eldar Namazov

Deputatlığa namizədliyimi irəli sürmək fikrim yoxdur. Azərbaycan siyasətində müsbət və maraqlı proseslər gedir, nəsillər dəyişir. İstəyirəm ki, həm hakimiyyət içində, həm müxalifət partiyalarında nəsillərin dəyişməsi prosesi güclənsin. Çox şadam ki, yeni nəslin nümayəndələri hər iki düşərgədə fəallıq nümayiş etdirirlər.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış politoloq, Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov “Yeni Müsavat”a geniş müsahibəsində deyib. O deyib ki, təmsil etdiyi nəsil məsləhət verməli və gənclərə yol açmalıdır, ona görə də seçkilərdə iştirak niyyəti yoxdur.

E.Namazov həmçinin vurğulayıb ki, builki parlament seçkiləri əvvəlki illərdən fərqlənəcək:

“Azərbaycanda siyasi mühit dəyişməyə başlayıb. İcra hakimiyyətinin qolunda ciddi dəyişikliklər baş verdi, indi də növbədənkənar parlament seçkiləri keçirilir.

Bu seçkilər elan olunanda da onun məhz islahatların sürətlənməsi ilə bağlamışdılar. Əminəm ki, seçkilərdən sonra hakimiyyətin üçüncü qolu - məhkəmə sistemində də dəyişikliklər baş verəcək. Bu, ciddi prosesdir, adi islahat deyil. Adi islahatlar həyata keçirmək üçün bu qədər böyük dəyişikliklərə ehtiyac olmur. Yeni sosial-iqtisadi modelin qurulması istiqamətində sistemli islahatlar həyata keçirilməyə başlanıb. Bunun fonunda hesab edirəm ki, parlament seçkilərində əsas mübarizə hakimiyyətlə müxalifət yox, islahatlara dəstək verənlərlə islahatlara qarşı çıxan qüvvələr arasında gedəcək. Prezident də açıq şəkildə bildirmişdi ki, hakimiyyətin içində proseslərə mane olan, işləri sabotaj edən adamlar var.

Güman edirəm ki, gənclərin təmsilçilik sayından asılı olmayaraq - hərçənd saylarının çox olacağını düşünürəm - yeni Milli Məclis islahatlara dəstək verən adamlardan ibarət olacaq. Fərq yoxdur ki, onlar hansı qüvvəni təmsil edirlər”.

Tarix
2019.12.27 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

Prezidentlər Azərbaycan və özbək dillərində danışır - Hacıyev

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi - Video

Yanacaqla bağlı problemlər həll olunmayıb… - Putin

Belə bir addımı iki dəfə Özbəkistanla atırıq - Hacıyev

Prezident Daşkənddə Ümummilli Liderin barelyefi önündə

Hikmət Hacıyev ona verilən hədiyyəni paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla