Yuxarı

Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh

Prezident İlham Əliyev digər beynəlxalq tədbirlərdə olduğu kimi, İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadiyyat Forumunda da Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunması məsələsini qabardır.

Bu sözləri politoloq Elxan Şahinoğlu Davos forumu və Azərbaycan Prezidenti İlham Əliyevin bu forumda iştirakını Axar.az-a şərh edərkən deyib. Onun sözlərinə görə, artıq Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin görüşləri başlayıb:

“Ölkə başçısı bu Foruma çox əhəmiyyət verir. Çünki Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini istəyən prezidentimiz Davos Forumunun imkanlarından maksimum istifadə etməyə çalışır. Bu baxımdan ölkə başçısı hər il çalışır ki, Davosdakı Ümumdünya İqtisadiyyat Forumunda şəxsən iştirak etsin. Forum çərçivəsində Prezident İlham Əliyev bir çox biznesmenlə, ölkə başçısıyla görüşərək, həm iqtisadi məsələləri, həm də işğal faktını müzakirə edir”.

Politoloq bildirib ki, ABŞ-la Çin arasında əldə edilən ticarət razılaşması builki forumun əsas müzakirə mövzularından olacaq:

“Çünki Çin ilə ABŞ arasında gedən ticarət müharibəsi Avropa ölkələrinə də öz mənfi təsirini göstərir. Bu baxımdan sözügedən sazişin imzalanması müsbət haldır. Ehtimal ki, bu mövzu ətrafında müzakirələr gedəcək. Davos Forumu iqtisadi forum olsa da, burada siyasi məsələlər də müzakirə olunur. Çünki bura dünya liderlərinin bir araya gəldiyi geniş bir platformadır. Aydındır ki, bu il də siyasi mövzular müzakirə ediləcək. Xüsusən ABŞ-İran qarşıdurmasının builki Davos Forumunda öz əksini tapacağı gözlənilir”.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadiyyat Forumu 24 yanvara qədər davam edəcək. Foruma 117 ölkədən 3 min nümayəndə qatılacaq. Qonaqlardan 53-ü dövlət və hökumət başçısıdır. Azərbaycan Prezidenti İlham Əliyev forumun işində iştirak etmək üçün hazırda Davosda səfərdədir. Prezidentimiz artıq bir sıra mühüm görüşlər keçirib.

Tarix
2020.01.21 / 16:34
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla