Yuxarı

Türk Şurası XİN başçılarının iclası başladı - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk Şurası XİN başçılarının iclası başladı - Video

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başlayıb.

Axar.az xəbər verir ki, iclasdan əvvəl nazirlər arasında ikitərəfli görüşlər baş tutub.

Sonra nazirlər xatrirə fotosu çəkdiriblər.

Daha sonra iclas başlayıb. İclası giriş sözü ilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov açıb.

İştirakçıları tədbirin gündəliyi barədə məlumatlandıran nazir qeyd edib ki, gündəlik olduqca zəngindir. Onun sözlərinə görə, iclas zamanı bir sıra məsələlər, o cümlədən TDƏŞ-in quruma üzv olmayan ölkələrlə əməkdaşlığı, həmçinin, quruma üzv olan dövlətlər arasında münasibətlər və sair məsələlər müzakirə olunacaq.

Açılış mərasimindən sonra iclas öz işini qapalı şəkildə davam etdirib.

İclas başa çatdıqdan sonra müzakirə olunan məsələlərlə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu, Muxtar Tleuberdi, Çingiz Aydarbekov və Əbdüləziz Kamilov iştirak edir.

Tarix
2020.02.06 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla