Yuxarı

Azərbaycanın parlaq gələcəyi yalnız Əliyevlədir - Saakaşvili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın parlaq gələcəyi yalnız Əliyevlədir - Saakaşvili

Düşünürəm ki, Azərbaycanın parlaq gələcəyi var, çünki onun, ölkənin irəli getməli olduğunu başa düşən müdrik və güclü lideri var.

Bunu Virtualaz.org-a Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili əmindir ki, güclü Azərbaycan həm də güclü Gürcüstandır. Amma o təəssüf edir ki, Gürcüstanda bəzi insanlar bunu anlamırlar.

“Bəziləri Azərbaycanın gücünü etiraf etmək istəmirlər. Lakin tezliklə Gürcüstanda hər şey dəyişəcək və münasibətlərimiz daha da intensiv və məhsuldar şəkildə inkişaf edəcək”, - deyə siyasətçi vurğulayıb.

Azərbaycanda keçiriləcək parlament seçkilərinə gəlincə, M.Saakaşvili son vaxtlar dost ölkədə daxili siyasi prosesləri izləmədiyini təəssüflə etiraf edib, lakin onların demokratik və azad mühitdə keçiriləcəyinə əminliyini bildirib:

“Heç nə bir yerdə dayanmır və şübhə etmirəm ki, Azərbaycanda seçkilər Prezident İlham Əliyevin başladığı islahatları davam etdirəcək. Bir daha təkrar edirəm: Azərbaycanın uğuru Gürcüstanın uğurudur. Ümid edirəm ki, seçkilərə yüksək qiymət veriləcək”.

Tarix
2020.02.06 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla