Yuxarı

Bunu edin, xeyrini görəcəksiniz - İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunu edin, xeyrini görəcəksiniz - İlham Əliyev

Fiziki formanı ev şəraitində də uğurla qorumaq olar. Bu gün artıq heç kim üçün sirr deyil ki, evdə aktiv idmanla məşğul olmağı göstərən çox informasiya resursu var. Gənclik illərində idmanla məşğul olan adam kimi bütün qaydalara əməl edirəm və hesab edirəm ki, idmanla məşğul olmaq sağlamlıq, özünə əminlik və iş qabiliyyəti üçün vacib faktorlardan biridir. Mən gənclərə, orta yaşlı insanlara dəfələrə müraciətim zamanı demişəm ki, idmanla məşğul olun.

Axar.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Mən deyirəm ki, idmanla məşğul olun, xeyrini görəcəksiniz. Görəcəksiniz ki, sizin fiziki formanız, əhvalınız, iş qabiliyyətiniz necə yaxşılaşacaq. Ona görə də hər kəsə məsləhətim internet resurslarından istifadə etməkdir. Orada evdə idmanla məşğul olmaq üçün çoxlu məsləhətlər, proqramlar var. Karantin rejiminə gəlincə, mən prinsipcə intizamlı insanam. Ona görə də mənim ictimai tədbirlərimə 9-dan çox insan toplanılmır. Bizdə 10-dan çox adamın bir yerdə toplanmağı qadağandır, amma mən ehtiyat olaraq hər zaman doqquz deyirəm”, – deyə o bildirib.

Prezident bəzi hallarda bu iclaslarda 9-cu və ya 10-cu adam olduğunu söyləyib:

“Əlbəttə, distansiyaya əməl edilir. Hazırda videokonfrans rejimində biz birinci rübün nəticələrinə həsr olunan iclas keçirmişik. O, bizim əvvəllər keçirdiklərimizdən xüsusi olaraq fərqlənməyib. İnsan prinsipcə hər şeyə vərdiş edir, ona görə də buna da vərdiş etmək lazımdır”.

Tarix
2020.05.07 / 14:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistanda bu şəxslər müharibəyə can atır - Ekspert

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla