Yuxarı

Xətaidə mərasim: hərbçilərin mükafatları təqdim edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə mərasim: hərbçilərin mükafatları təqdim edildi - Foto

1 may 2026-cı il tarixdə Xətai rayonunda Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən təltif olunmuş hərbçilərin mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, idarə rəisinin müavini Kamran Cəfərov, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, eləcə də şəhid ailələri iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Ordusunun şanlı Qələbəsindən, Vətən müharibəsində və Aprel döyüşlərində göstərilən qəhrəmanlıqlardan söz açaraq, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu, onların ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıblar.

Daha sonra təltifetmə mərasimi keçirilib. Ehtiyatda olan polkovnik-leytenant Ələkbərov Rasim Vahidoviçə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub. Həmçinin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Niftalılı Rəşad Şakir oğlu və Əzizzadə Xaliq Həsən oğlunun “Vətən uğrunda” medalları onların ailə üzvlərinə təqdim edilib.

Şəhid ailələrinin üzvləri çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, şəhidlərin xatirəsinin belə ehtiramla yad olunması onların ailələri üçün böyük mənəvi təsəllidir.

Tədbirin sonunda şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların Vətən uğrunda göstərdikləri şücaətin heç zaman unudulmayacağı bildirilib.

Tarix
2026.05.02 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla