Yuxarı

Turistlər üçün dünyanın ən ucuz ölkələrindən biri...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turistlər üçün dünyanın ən ucuz ölkələrindən biri...

Özbəkistan dünyanın ən ucuz ölkəsidir.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə öz bloqunda az tanınan turizm məkanları haqqında reportajlar yazan Lourens adlı hollandiyalı səyyah bildirib.

Onun sözlərinə görə, pivənin qiyməti orta hesabla bir avro, yaxşı yaşayış isə gecəsi cəmi 15 avrodur.

Qidalanma da olduqca ucuz hesab olunur: bir nəfərlik yemək 1–4 avro aralığında dəyişir.

Paytaxt Daşkənd müasir göydələnlərlə tarixi mərkəzin harmoniyasını birləşdirir. Şəhərin metrostansiyaları isə çox vaxt muzeyləri xatırladır.

Başqa bir səyahət bloqeri Militsa isə bildirib ki, Özbəkistana gəldikdə 80 avro dəyişdirərək yerli valyutada "milyonçuya” çevrildiyini hiss edib. Onun sözlərinə görə, taksi gedişi təxminən 1 avro, restoranlarda nahar isə 3–4 avro civarındadır.

Aşağı qiymətlərin əsas səbəbləri kimi aşağı minimum əmək haqqı və ölkənin bir çox məhsul üzrə özünü təmin etməsi göstərilir.

Bununla belə, ekspertlər qeyd edirlər ki, Özbəkistan dünyanın ən ucuz ölkəsi deyil — Pakistan, Hindistan, Misir, Qırğızıstan və Tacikistan adətən daha aşağı xərclərlə seçilir.

Eyni zamanda, Asiya ölkələri arasında Özbəkistan təhlükəsiz istiqamətlərdən biri sayılır. Turistlərə Səmərqənd və Buxara kimi tarixi şəhərləri ziyarət etmək tövsiyə olunur, lakin Əfqanıstanla sərhəd bölgələrə səfər edərkən ehtiyatlı olmaq məsləhət görülür.

Bu ölkə aşağı qiymətlər, zəngin tarix, memarlıq və qonaqpərvərliklə turistlər üçün cəlbedici istiqamət kimi qiymətləndirilir.

Tarix
2026.05.02 / 12:47
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla