Yuxarı

Gərginlik pik həddə: nüvə müharibəsi başlaya bilər...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin regionda təklənmək təhlükəsi ilə üzləşə bilər. ABŞ-ın Pekin əleyhinə apardığı siyasət nəticəsində Yaponiya, Filippin, Vyetnam kimi ölkələr Çinlə münasibətlərdə ehtiyat edir. Çinin Hindistanla münasibətləri isə günü-gündən gərginləşməkdədir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov son günlər Çinlə Hindistan arasında hərbi gərginliyin artması və sərhəddə vaxtaşırı silahlı insidentlərin yaşanması haqqında danışarkən deyib. O bildirib ki, Çinlə Hindistan arasında münasibətlər bundan öncə də gərginləşib:

“Bu gün Çin-Hindistan münasibətlərinin gərgin olmasının başlıca səbəbi iki ölkənin bir-birinə qarşı ərazi iddialarının olmasıdır. Belə ki, bu ərazilərdən biri Kəşmirin şimal-şərq hissəsində yerləşən, Aksay-Çin adı ilə tanınan 518 kvadrat kilometrlik bir ərazi idi. İkinci mübahisəli rayon isə müasir Arunaçal-Pradeş ştatının şimalında yerləşən, 700 km uzunluğuna malik sərhəd xətti boyunca uzanan 82,88 min kvadrat kilometrlik ərazi idi. Münasibətlərin gərginləşməsinin əsas səbəblərindən biri də Çinin daxili vəziyyətin gərginləşdiyi Tibetlə əlaqələri yaxşılaşdırmaq məqsədilə apardığı yol tikintisinin Hindistan tərəfindən aşkar edilməsi olub. Başqa bir səbəb isə Tibetin çinlilər tərəfindən işğal olunmasından sonra Hindistanın on dördüncü Dalay Lamaya siyasi sığınacaq verməsi idi. Bunlar tərəflər arasında münasibətlərin gərginləşməsinə gətirib çıxardı”.

Politoloq qeyd edib ki, bu gün Çinlə Hindistanın müharibəyə başlamasında maraqlı olan qüvvələr var:

“Təsadüfi deyil ki, son günlər Çinlə Hindistan arasında sərhəd məntəqələrində gərginlik yaşanmaqdadır. Hətta Çin tərəfi bölgəyə yüksək rütbəli hərbçilərini də göndərib. Hindistan isə ordunu döyüş vəziyyətinə gətirib. Regionda bu iki dövlətin müharibə etməsində maraqlı olan qüvvələr kifayət qədər çoxdur. Lakin bununla belə, Çinlə Hindistan arasında baş verəcək istənilən müharibənin arzuolunmaz nəticələri ola bilər. Birincisi, hər iki dövlət nüvə silahına malikdir. Bu fakt özü belə müharibənin tələfatının miqyasını göstərməyə kifayət edir. Digər tərəfdən nüvə silahına sahib olan bu iki ölkənin müharibəsi təkcə özləri üçün deyil, bütövlükdə region üçün təhlükəlidir. Üçüncüsü, istər Çin, istərsə də Hindistan kifayət qədər inkişaf etmiş, böyük ölkələrdir. Bu iki ölkə dünya iqtisadiyyatında özünəməxsus yer tutmaqdadır. Koronavirus pandemiyası Çini dünya iqtisadiyyatından təcrid etdi. Çinin dünya iqtisadiyyatından çıxması özündən çox dünya iqtisadiyyatına zərər vurdu. Müharibənin bu ölkələrin həm özü, həm region, həm də dünya üçün acı nəticələri ola bilər. Buna görə də dünya dövlətləri məsələyə həssas yanaşıb, tərəflərin uzlaşması üçün həmsədrlik fəaliyyətində olmalıdır”.

Tarix
2020.06.01 / 15:46
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla