Yuxarı

Nikol Bakının hərbi əməliyyata başlamasını istəyir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Azərbaycanın işğal altındakı ərazilərinə sülhməramlıların yerləşdirilməsi ətrafında Rusiya və KTMT ilə bağlı mənfi istiqamətdə müzakirələr başlayıb. İrəvanın “Lragir” nəşri hesab edir ki, KTMT BMT vasitəsilə Qarabağda sülhməramlıları yerləşdirməyə çalışır.

Məqalənin dərc olunmasına səbəb KTMT-nin sülhməramlılığa dair əsas sənədlərə təşkilatı BMT-də təmsil edəcək “əlaqələndirici dövlət” anlayışını daxil etməsi barədə məlumatlar olub.

Erməni nəşrinin məlumatına görə, bu barədə KTMT-nin Baş katibi Stanislav Zas xəbər verib. Onun sözlərinə görə, hazırda KTMT-nin sülhməramlı potensialının BMT əməliyyatlarına daxil edilməsi gündəmdədir. Ancaq BMT digər təşkilatlarla sülhməramlılıq fəaliyyəti göstərmir, yalnız ayrı-ayrı ölkələrlə işləyir.

“Müvafiq olaraq, əsas razılaşmaya KTMT-nin maraqlarını təmsil edəcək “əlaqələndirici dövlət” anlayışının daxil edilməsini təklif edirik”, - deyə S.Zas bildirib.

“KTMT-ni BMT-də məhz hansı ölkə təmsil edəcək? Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və onun “əlaqələndirici dövlət” olacağı istisna edilmir. Bu vəziyyətdə sual yaranır - Rusiya BMT vasitəsilə Qarabağda hərbi iştirakını təmin etmək istəmir?” - deyə “Lragir” nəşrində qeyd edilir.

Axar.az Oxu.az-a istinadən Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markovun Media.az-a şərhini təqdim edir:

- Fikrimcə, erməni hakimiyyət strukturlarının amerikalılaşdırılması (Amerika imperializmi siyasətinə tabe etmə - red.) baş verir. Bu, hər şeydən əvvəl ABŞ-dakı erməni diasporunun əlaltısı olan Nikol Paşinyanın qələbəsindən sonra başladı. Təsadüfi deyil ki, Ermənistanın baş naziri komandasına çoxlu sayda qrant yeyəni, yəni ictimai və siyasi karyerası boyunca Amerika yardımlarından bəhrələnənləri daxil edib. Bununla əlaqədar olaraq, təbii ki, (Ermənistanda - red.) Rusiyaya qarşı tənqid və şübhə artmaqdadır.

Onlar iqtisadi blokadanı qaldırmaq və strateji müttəfiq kimi Rusiyanı sıradan çıxarmaq üçün Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmaq istəyirlər. Hazırda belə hesab edirlər: Müharibə olacağı təqdirdə Moskva bizə lazımdır ki, Azərbaycan və Türkiyədən müdafiə üçün istifadə edək.

Bu qruplaşma üçün ABŞ-a doğru addım atmaq vacibdir. Ancaq bu, Azərbaycan üçün də faydalıdır! Rusiyanın Gümrüdəki hərbi bazaya və Ermənistanı müttəfiq hesab etməyə çox da ehtiyacı yoxdur. Bu kor bucaqdır, orada operativ meydan yoxdur. İqtisadi baxımdan Ermənistan çox zəifdir. Düzdür, Rusiya Federasiyasında və digər ölkələrdə erməni icmasının loyallıq amili var. Lakin Paşinyanın nümunəsində xarici erməni icmaların Rusiyaya xüsusi loyal olmadığını görürük.

- Son aylarda “baş beyinin koronavirusu” kimi bir mem populyarlaşıb. Belə ki, dünən Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bəyan edib ki, Azərbaycanın yerində olsaydı o, təkcə Qarabağa deyil, həm də Ermənistana (koronavirus səbəbindən zəiflədiyi üçün) hücum edərdi. Ermənistan Müdafiə Nazirliyi isə silahlı qüvvələrinin Azərbaycana zərbə endirmək qətiyyətini bəyan edir...

- Məncə, ziddiyyətli açıqlamalar qismən qeyri-adekvatlıq, bir qədər də özünü itirməklə bağlıdır. Ermənistan rəhbərliyinin blokadanı qaldırmaq istədiyi bir vəziyyətdə nə etməli? Bunun üçün güzəştə getmək və əraziləri (işğal edilmiş - red.) Azərbaycana qaytarmaq lazımdır, digər tərəfdən, buna getmək çox qorxuludur. Mənə elə gəlir ki, Nikol Paşinyan Azərbaycanın hərbi əməliyyatlara başlamasında maraqlıdır.

Bir neçə gün döyüşdən sonra bütün vasitəçilər - Rusiya, Avropa İttifaqı, Fransa və ABŞ işə qarışacaq. Onlar Paşinyanı Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana verilməsini nəzərdə tutan “Kazan formulu” ilə razılaşmağa inandıracaqlar. Ermənistanın baş naziri həm vasitəçilərin təzyiqlərinə, həm də “DQR”in yeni rəhbərliyinə istinad etmək istəyir. Beləliklə, Nikol Paşinyan faktiki olaraq Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir, yəni, bir az döyüşək, sonra isə “Kazan formulu”na gələk.

Tarix
2020.06.03 / 14:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla