Yuxarı

Bakı yeni islahatlara hazırlaşır: nələr dəyişəcək?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı yeni islahatlara hazırlaşır: nələr dəyişəcək?

Koronavirus pandemiyasının dünya düzənini dəyişəcəyi ilə bağlı fikirlər bu problemin yarandığı ilk günlərdən səslənməkdədir. Bu dəyişikliklər hansı sahələri əhatə edəcək? Dəyişikliklərin fəlsəfəsi nədən ibarət olacaq? Zaman keçdikcə bu sualların cavablarının işartıları da görünməyə başlayır.

Bu sözləri Axar.az-a açıqlamasında professor Fikrət Yusifov deyib. O bildirib ki, bəşəriyyət pandemiyadan sonrakı dönəmdə yeni qaydalarla yaşamağa üz tutur:

“İdarəçilikdə distant fəaliyyətin səmərəliliyi artıq dünyanın aparıcı şirkətləri tərəfindən təsdiq olunur, distant təhsilin yeni uğurlu nəticələrə aparan variantları işlənir və s. Bu qaydalar bizə daha səmərəli çalışmağı və düzgün yaşamağı öyrədəcək. İsrafçılıq anlayışı aradan qalxacaq, insanlar özlərini düşündükləri qədər bəşəri dəyərləri də qiymətləndirməyə və qorumağa üz tutacaqlar”.

İqtisadçı bildirib ki, artıq bütün hökumətlər, o cümlədən Azərbaycan hökuməti də dünyada başlanan yeni çağırışlara uyğun islahatlar aparmağa köklənib:

“Bu islahatlar ölkə həyatının bütün sferalarını əhatə edəcək və bu yolda artıq ilkin addımlar atılmağa başlanıb. Yeni çağırışlar kontekstində hökumətin cəmiyyətdə vətəndaş həmrəyliyini yüksəltmək və ictimai nəzarəti gücləndirmək istiqamətində atdığı addımlar tədqirəlayiqdir. Bu yolun başlanğıcında yeni siyasi partiyaların fəaliyyətinə geniş meydan verilməsi, siyasi partiyalarla, vətəndaş cəmiyyətinin nümayəndələri ilə Prezident Administrasiyasında yüksək səviyyədə görüşlərin keçirilməsi ölkənin siyasi səhnəsində son illərin ən diqqətçəkən yeniliyi hesab edilə bilər. Hökumət ölkədə vətəndaş həmrəyliyinin yüksək səviyyədə olması üçün ən zəruri addımları atır. Bu, cəmiyyətin demokratikləşməsi və dövlətin idarə edilməsində siyasi plüralizm mühitinin yaradılması deməkdir. Siyasi plüralizm hökumətin aparacağı bütün islahatların keyfiyyətinin yüksəlməsinə və dövlət idarəçiliyinin yeni çağırışlara tam uyğunlaşdırılmasına zəmin yaradacaq”.

Tarix
2020.07.03 / 15:22
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla