Yuxarı

Ədalət Vəliyevlə Fərəc Quliyev görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ədalət Vəliyevlə Fərəc Quliyev görüşdü

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev arasında görüş keçirilib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, COVİD-19 pandemiyası, ölkəmizdə bu virusa qarşı aparılan preventiv tədbirlər, siyasi partiyaların karantin şəraitində fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Eləcə də yeni siyasi konfiqurasiyanın inkişafı və iqtidar-müxalifət siyasi dialoqu, Dağlıq Qarabağ ətrafında gedən proseslər müzakirə edilib və bu məsələdə iqtidarla-müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olunub.

Vurğulanıb ki, yeni formalaşan Milli Məclisdə müxalifət partiyalarının da rəhbər orqanlarda təmsil olunması məhz siyasi partiyaların fəaliyyətinə dair yeni qanunvericilik aktlarının daha effektiv olacağına ümid etməyə ciddi əsaslar verir.

Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölmənin yaradılmasını ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini qeyd edib.

Onun sözlərinə görə, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər nəticəsində və ölkədə yeni siyasi mədəniyyətin təşəkkülü fonunda artıq əksər siyasi partiyalarla konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulub. Ədalət Vəliyev bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.

Fərəc Quliyev yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək qiymətləndirib, prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olacağını söyləyib. Ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olmasının vacibliyini vurğulayıb.

Tarix
2020.07.11 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla