Yuxarı

Kuznetsovun şərhi: Döyüşdə general ölümü... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kuznetsovun şərhi: Döyüşdə general ölümü... - Video

12:51

Yüksək rütbəli zabitlərin və onlarla birlikdə bir neçə əsgərin döyüşün üçüncü günündə ölümü Azərbaycan Ordusu üçün ciddi itkidir, lakin bərpa edilməz itki deyil. İnsan paqonları, özü də zabit paqonları taxdığı zaman əmr olunduğu yerdə yaşayacağını və əmr edildikdə öləcəyini anlayır. Bu, onun işidir və həyat yolu seçimidir. Buna görə də bu vəziyyətdə ümidsizliyə və hirsli sözlərə yer yoxdur, ancaq qürur hissi və xatirə üçün yer var.

Bu sözləri Rusiyanın məşhur tarixçisi, professor Oleq Kuznetsov Axar.az-a ötən gün Tovuz istiqamətində təxribatın qarşısını alarkən qəhrəmanlıqla şəhid olan yüksək rütbəli zabit və əsgərlərimiz haqda danışarkən deyib.

Onun sözlərinə görə, hərbi orqanizm elə təşkil olunub ki, bir itki baş verirsə, onun yerinə dərhal iki və daha çox hərbçi və ya general gəlir:

“Dünya qəhrəmanları doğmur, onları müharibə doğur. Buna görə də ilk ciddi itkidən sonra panikaya və depresiyaya düşmək lazım deyil, bu şərtlərdə qələbə iradəsini qorumaq xalqın vətəndaş yetkinliyinin ən yaxşı sübutu olacaqdır. Bir əcnəbi olaraq, indi heç bir tövsiyə verməməliyəm; həmişə demişəm ki, müharibə və sülh məsələsi suveren bir məsələdir. Mənim rəğbətim həmişə olduğu kimi, bu gün də Azərbaycan xalqının və onun Azərbaycana tezliklə minimal itkilərlə qələbə gətirməsini arzuladığım Silahlı Qüvvələrinədir. Lakin bu qələbəni əldə etmək üçün kifayət qədər güc, imkan və qurban tələb olunur ki, bunlara hazır olmaq gərəkdir”, – deyə politoloq bildirib.

Tarix
2020.07.15 / 13:53
Müəllif
Əli, Rəfiqə
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla