Yuxarı

Polad Bülbüloğluyla bağlı təxribata əl atıldı - Səfirlik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad Bülbüloğluyla bağlı təxribata əl atıldı - Səfirlik

Azərbaycanın Rusiyadakı Səfirliyi bəzi saytları ittiham edib.

Səfirlikdən Axar.az-a verilən məlumata görə, cari ilin 15 iyul tarixində Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə diplomatik korpusun binası önünə gəliblər. Səfir Polad Bülbüloğlu onlarla görüşüb:

“Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilmişdi. Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxardaraq təxribata əl atıb və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər veriblər.

Bildiririk ki, bu gün Səfirliyin qarşısında heç bir toplaşma olmamışdır. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya yönlü məlumat yayanlar Səfirliyin onsuz da gərgin işinə maneçilik törədirlər".

Tarix
2020.07.24 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla