Yuxarı

Makronun Ərdoğana gözlənilməz zənginin səbəbi... - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronun Ərdoğana gözlənilməz zənginin səbəbi... - Şərh

Osmanlı dövrünü də nəzərə alsaq, türklər 14-cü əsrdən etibarən Avropa siyasətini əsas formalaşdıran xalqlardandır. Bu mənada deyə bilərik ki, Türkiyə Qərb ailəsinin bir üzvüdür. Qərb bunu nə qədər inkar etsə də, bu belədir. Bu mənada Avropa heç bir zaman Türkiyəni bu ailədən kənarlaşdıra bilməz.

Bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığını şərh edərkən deyib. O bildirib ki, Fransa istəsə də, istəməsə də Avropa hegemonluğu uğrunda Türkiyə ilə qarşı-qarşıya gəlməlidir:

“Tərəflər Türkiyə-Fransa və Türkiyə-AB ölkələri arasında əlaqələr, eləcə də Aralıq dənizinin şərqində baş verən son hadisələr başda olmaqla, bölgədəki məsələləri müzakirə edib. Düzdür, bu zəng “gözlənilməz” kimi təqdim edilir, ancaq belə bir danışığın olması gözlənilən idi.

Çünki Türkiyə çox ciddi geosiyasi və geoiqtisadi məkanda yerləşir. Mahiyyət etibarilə rəsmi Ankara Qərb üçün əhəmiyyətli bir ölkədir. Türkiyə Qərbin Yaxın Şərqə, postsovet məkanına, Şimali Afrikaya açılan qapısı hesab edilir. Digər tərəfdən, regionda güc balansının qorunub saxlanmasında Türkiyə açar ölkədir. Xüsusən Yaxın Şərq məsələlərində Türkiyənin varlığı Qərbin maraqlarına uyğundur. Bu mənada əgər Fransa Qərb ölkələri içərisində əsas aparıcı ölkə olmaq istəyirsə, Türkiyə ilə uzlaşmalıdır”.

Tarix
2020.09.23 / 12:58
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla