Yuxarı

Borrell Ceyhun Bayramova zəng etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Borrell Ceyhun Bayramova zəng etdi

Sentyabrın 27-də qarşı tərəfinin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının xarici və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrellin telefon danışığı olub.

XİN-dən Axar.az-a verilən məlumata görə, telefon danışığı zamanı Aİ rəsmisi Borrell bölgədəki vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın bu ilin 27 sentyabr tarixində növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Nazir, Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzə əl atdığını və bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirib. Yaranmış vəziyyətə görə məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Aİ rəsmisi Borrell gərginliyin azaldılmasının, həmçinin atəşkəsə nail olunması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.

Tarix
2020.09.27 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev "AnewZ"un Şəki barədə hazırladığı filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla