Yuxarı

Savelyevdən Qarabağ açıqlaması: Kremlin mövqeyi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Savelyevdən Qarabağ açıqlaması: Kremlin mövqeyi...

Son vaxtlar biz Ermənistanın rəsmi hakimiyyət orqanlarının elə hərəkətlərini müşahidə etmişik ki, bu hərəkətlər yalnız bir nəticəyə - dinc danışıqlar prosesinin pozulmasına və münaqişənin gərginləşməsinə gətirib çıxara bilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin bəyanatında bildirilib.

“Rusiyanın mövqeyi belə olub və indi də belədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli dinc yolla, danışıqlar vasitəsilə baş verməlidir. Lakin danışıqlara hər iki tərəf əzm göstərməlidir. Amma son vaxtlar biz Ermənistanın rəsmi hakimiyyət orqanlarının elə hərəkətlərini müşahidə etmişik ki, bu hərəkətlər yalnız bir nəticəyə - dinc danışıqlar prosesinin pozulmasına və münaqişənin gərginləşməsinə gətirib çıxara bilib. Nəticəni çox gözləmək lazım gəlmədi. Danışıqlar pozuldu. Dağlıq Qarabağla sərhəddə irimiqyaslı hərbi əməliyyatlar başlandı”, - deyə rusiyalı deputat qeyd edib.

D.Savelyev vurğulayıb ki, münaqişəni dayandırmağın yeganə üsulu məcburi köçkünləri Dağlıq Qarabağ torpağına qaytarmaq və referendum keçirməkdir. Həmin referendum da bu ərazinin Azərbaycanın tərkibində taleyini müəyyən edəcək. “Fikrimcə, münaqişənin dayandırılmasının yeganə üsulu Ermənistan tərəfindən qeyd-şərtsiz bütün hərbi qüvvələri işğal olunmuş ərazilərdən çıxarmaq və sülh prosesinə başlamaq – məcburi köçkünləri Dağlıq Qarabağ torpağına qaytarmaq və referendum keçirməkdir. Həmin referendum da bu ərazinin Azərbaycanın tərkibində taleyini müəyyən edəcək. Qan tökülməsi heç kimə lazım deyil, Qafqaz regionunda gərginlik heç kimə lazım deyil. Münaqişənin dinc yolla həllinə nail olmaq üçün beynəlxalq hüquq çərçivəsində görülən tədbirlər şübhəsiz ki, həm Rusiya, həm də dünya birliyi tərəfindən dəstəklənəcək”, - deyə rusiyalı deputatın bəyanatında bildirilir.

Tarix
2020.09.27 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla