Yuxarı

Danışıqlar aparmağa gərək yoxdur - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Danışıqlar aparmağa gərək yoxdur - Bayramov

İkinci Ermənistanın, qondarma “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində heç bir gələcəyi yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Xarici işlər naziri Ceyhun Bayramovun "Vaşinqton Tayms" (The Washington Times) qəzetində dərc olunmuş “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu əsasda Ermənistanla müharibə bitirilə bilər” adlı məqaləsində deyilir.

Nazir məqalədə bildirib ki, bütün ölkələr, o cümlədən ABŞ və Rusiya, hətta Ermənistan özü də Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın onun tərkibində danılmaz yerini təsdiq edir:

“Danışıqlar aparmağa gərək yoxdur, Azərbaycanın tərkib hissəsi kimi bir torpaqda sülh içində birgəyaşayışın yollarını axtarmaq lazımdır. Bu, mümkündür. Azərbaycanda sülh və əmin-amanlıq şəraitində sünnilər və şiələr, yəhudilər və xristianlar, azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, saxurlar və digər xalqlar yaşayır. İşğal olunmuş ərazilər nəzərə alınmadan 30 minə yaxın erməni Azərbaycanı öz evi adlandırır. Bura monolit etnosun və ya vahid dinin yeri deyil”.

Nazir qeyd edib ki, bununla belə, Ermənistanın indiki hökuməti hazırda öz destruktiv siyasətini davam etdirir:

“Azərbaycan Ermənistanla qonşu kimi sülh və çiçkələnmə şəraitində yaşamaq istəyir. Bizim bütün problemlərimiz erməni işğalı və sülhü üçün yeganə şərt olan qoşunların öz ərazilərimizdən çıxarılmasının icra olunmaması ilə əlaqədardır. Biz başqa cür yaşamağı öyrənməliyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bunun əsasında biz müharibəyə son qoya və sülh yoluna qədəm qoya bilərik”.

Tarix
2020.10.23 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla