Yuxarı

“Korrupsiya hər yerdə var və bununla mübarizə aparırıq”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Korrupsiya hər yerdə var və bununla mübarizə aparırıq”

Bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bu faktları ABŞ-ın “Foks Nyus” telekanalına müsahibəsində səsləndirib.

“COVİD-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin (“Foks Nyus” müxbirinin-red.) dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir”, - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti daha sonra ölkəmizdə korrupsiyaya qarşı mübarizədən danışaraq deyib:

“Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir”.

Tarix
2020.10.25 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla