Yuxarı

Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq - İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq - İlham Əliyev

Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. Baxın indi görün böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr. İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri nə bilim hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Niyə biz bunu onda müdafiə etməliyik? Halbuki, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, öz beynəlxalq birlik tərəfindən tanınan, tanınmış torpaqlarımızı bərpa edirik.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqa müraciətində səsləndirib.

Dövlətimizin başçısı deyib: “Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Biz Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs bizim münasibətlərimiz necə olacaq? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə gələcəklər. Bəs bizə hansı üzlə baxacaqlar?”

Azərbaycan Prezidenti deyib ki, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. İndi dörd rayon bizdədir. O məsələ artıq qurtardı getdi, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlını özümüz götürmüşük. Bu rayonların böyük hissəsi bizdədir, keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi. Ona görə fikirləşsinlər.

Tarix
2020.10.26 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla