Axar.az
Yuxarı

Axar.Az Logo

Bu əməliyyat dünya hərb tarixinə düşəcək - Azay Quliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin qətiyyəti, sarsılmaz iradəsi və rəhbərliyi ilə qəhrəman Ordumuzun torpaqlarımızı işğaldan azad etməyə başlaması və xalqımızın qisasını mənfur düşməndən alması müasir tariximizin ən unudulmaz və misilsiz hadisəsidir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qeyd edib.

O bildirib ki, Ordumuzun başladığı Müzəffər yürüş, dövlət başçısının xalqa müraciətləri və xarici mətbuata verdiyi müsahibələr regionun siyasi mənzərəsində nə qədər böyük zəlzələ effekti yaradırsa, xalqımızın qəlbində bir o qədər dərin sevinc, qürur və qəhrəmanlıq hissi formalaşdırır:

“Ordumuzun düşmənin 30 il müddətində işğalda saxladığı ərazilərimizdə yaratdığı müdafiə zolağını, mühəndis-istehkam qurğularını qısa vaxtda darmadağın edərək Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini və 160-dan çox qəsəbə və kəndimizi azad etməsi dünyanın hərb tarixinə düşəcək peşəkarlıq və qəhrəmanlıq nümunəsidir.

Müzəffər Ali Baş Komandanın dünənki tarixi çıxışında Azərbaycanın öz suveren ərazilərində apardığı vətən müharibəsinə qarşı açıq və dolayısı yolla mane olmağa çalışanlara və işğalçı Ermənistana dəstək olanlara çox sərt və birmənalı xəbərdarlıq etdi. Cənab Prezidentin bu qətiyyətli çıxışı bir daha göstərdi ki, heç kimi Azərbaycanı haqq işindən döndərə bilməz, heç bir təzyiq Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Çünki xalqımız bu gün vahid məqsəd uğrunda Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib. Bu birlik düşmənə və onun havadarlarına ciddi mesaj və qələbəmizin əsas səbəbidir.

Cənab Prezidentin çıxışında diqqəti xüsusilə çəkən digər bir mühüm məsələ Xocalı soyqırımını törədənlərin cəzalandırılması ilə bağlı söylədiyi fikirlərdi: “Mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Bu döyüşlərdə, son bir ayda Xocalı soyqırımını törədən bir çox cinayətkarlar məhv edildi”.

Ali Baş Komandanın 20-ci əsrin ən böyük insanlıq faciələrindən, soyqırımlarından olan Xocalı soyqırımı ilə bağlı söylədiyi bu fikir bizi riqqətə gətirdi, qəlbimizi bir xeyli rahatlatdı. Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır.

Eşq olsun, Müzəffər Ali Baş Komandana!

Yaşasın, Azərbaycanın qəhrəman Ordusu!

Qarabağ Azərbaycandır!”

Tarix
2020.10.27 / 18:00
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Nikol niyə müharibəni ilk gündə dayandırmadı? – Köçəryan

Sərhədi qorumağa ordumuz yoxdur – Köçəryandan şok

Köçəryan: Bakıya elə bir təhdid səsləndirdik ki, cavabı...

Peskovun sərt cavabı: bəs, generalın Qarabağ “görüşü” nədir?

Buxara yəhudilərindən İlham Əliyevə məktub

İlham Əliyev 3 fərman imzaladı

Bayramov bolqar həmkarı ilə danışdı

Azərbaycan Fransaya nota verdi

Bayramov Latviyalı həmkarı ilə danışdı

Ceyhun Bayramov Belarus səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla