Yuxarı

İrəvanın cinayəti tam təsbit olundu - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın cinayəti tam təsbit olundu - Hacıyev

Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlər tam təsbitini tapıb.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaq yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, erməni tərəfinin mədəni irsin qəsdən məhv edilməsi, qanunsuz məskunlaşma siyasəti beynəlxalq humanitar hüquqa ziddir. Bu qeyri-qanuni əməllər müharibə cinayəti kimi təsnif edilməlidir:

“Həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki mineral yataqların tükədilməsi və üçüncü tərəfə satılması Ermənistanın həyata keçirdiyi digər bir cinayətdir.

İnfrastrukturun dəyişdirilməsi, işğal olunmu ərazilərdə turizm obyektlərinin tikilməsi və fəaliyyəti də beynəlxalq hüquqa ziddir. Bütün bu qanunsuz əməlləri törədən hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Beynəlxalq İnsan Haqları Məhkəməsi və bu kimi digər beynəlxalq məhkəmələrə müraciət edib Ermənistanın siyasi rəhbərliyinin bu qeyri-qanuni əməllərinə görə məsuliyyətə cəlb olunmasını istəmişik.

Baş Prokurorluq faktları araşdırır və hər fakt üçün ayrıca cinayət işi açılır”.

Tarix
2020.10.30 / 14:36
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla