Yuxarı

Ermənilər ölülərimizə qarşı da müharibə aparır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hələ öz dövlət müstəqilliyini elan etməmişdən qabaq Azərbaycana qarşı başlatdığı təcavüzkarlıq siyasəti, müstəqillik illərində, necə deyərlər, yalnız siyasi-nəzəri görüş olmaqda qalmadı, gerçək müstəvi üzərində qanlı praktikaya keçdi.

Öncələr daha çox sosial-məişət, incəsənət aləmində Azərbaycan mədəniyyət örnəklərinin “erməniləşdirilmə”sinin şahidi olurduqsa, həmin o “qanlı praktika” dövründə erməni üzü daha çox dağıntılar, yoxetmə, özününküləşdirmə kimi vandallıqlarla müşahidə olundu. Yalnız “Sarı gəlin”imiz, dolmamız, lavaşımız, qara zurna, kaman və tütəyimiz... deyil, azərbaycanlıların tarix boyu yaratdığı, yaşatdığı və 90-cı illərdə işğala məruz qalan hər daş, hər tikili... erməniləşdirməyə (yaxud ermənicə dağıdılmağa) məruz qaldı!

Minbir bəhanə və “bəzəmə” ilə müharibə cinayətlərindən yayınma cəhdlərində bulunsa da, Ermənistan dövlətinin işğal bölgəsindəki maddi mədəniyyət abidələri ilə davranışı tam bir insanlıq suçudur! Yalnız yerli, milli, respublika əhəmiyyətli abidələrin deyil, dünya mədəniyyət incilərinin də erməni vandallığından öz nəsibini alması, bizim necə bir zehniyyətlə - daha doğrusu, zehniyyətsizliklə üz-üzə qaldığımızı bir daha göstərir. Biz ermənilərin təkcə hərbçilərlə deyil, dinc əhali ilə, körpələrlə, qoca qadınlarla da elan olunmamış müharibə apardığını bilirik; lakin dünya bunu anlamalıdır ki ermənilər yalnız diri azərbaycanlılarla deyil, bizim ölülərlə də müharibə edir. Cəsədlər üzərində eksperimentlər aparılmasını, ölülərin təhqir edilməsini, qəbiristanlıqların dağıdılmasını başqa cür necə izah etmək olar?!

Bütün bunlar azmış kimi, hər kəsin bildiyi beynəlxalq hüququn məşhur “işğalçı işğalın nəticələrindən öz xeyrinə istifadə edə bilməz” prinsipi Ermənistan tərəfindən hər gün (işğal bölgəsinin hər yerində) pozulur. İşğal altındakı torpaqların altında, üstündə ələ keçən hər şeyi talamağı (şəxsi mülklərə, işğalçı ordunun təminatına və işğalçı dövlətin nəfinə daşımağı) XXI yüzildə ancaq ermənilər özlərinə yaraşdırır... Bu, dünya mültikulturalizm çağırışları ilə, sivilizasiyalararası dialoqla necə uzlaşdırıla, necə izah edilə bilər? Beynəlxalq ictimaiyyət mədəniyyət, maarif və elm sahələrində əməkdaşlığı dünya sülhü və təhlükəsizliyi təşviq etmək üçün önəmli bir yol hesab edərkən, Ermənistan tam yolsuzluğu seçib... Belə bir yolsuz, hüquqtanımaz zehniyyətlə mədəni mübadilə – məsələn, sülh mədəniyyətini təşviq etmək – mümkündürmü?

İlkin olaraq, nifrət nitqindən imtina etməyi belə bacarmayan mədəniyyət düşməni Ermənistan hakimiyyətinin qəbul etdiyi, anladığı bir dil, bir üslub var: silah dili, müharibə üslubu!

Beləliklə, işğalçı Ermənistanın istisnasız olaraq, bütün əməli fəaliyyət sahələri üzrə, o sırada, mədəniyyət müəssisələrini dağıtması, yaxud təyinatını tamamən dəyişdirməsi, “erməniləşdirmə”si... humanitar təfəkkürlə bir araya sığmır.

Ermənistan dövlətinin “xarakter”i başqa mədəniyyətlərə qarşı dözümsüzdür. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev işğalçı Ermənistanı “Failed state” – uğurusz dövlət adlandırıb.

İnsan cəmiyyətinin böyük bir mədəni irsə malik olduğu XX yüzil sonları - XXI yüzil başlarında da yenə işğalçılıq, soyqırım aktı törətmək, hərbi cinayətlər etmək, özlüyündə, bəşər mədəniyyətinə qarşı çıxmaqdır. Əlbəttə, bu hərbi cinayətlər tam haqsız yerə edilib, dinc insanların – körpələrin, qadınların, qocaların qanı tökülüb, minlərlə cavan ömürlük şikəst edilib...

Biz hələ onu demirik ki, Ermənistan faktiki monoetnik dövlətdir və onunla həmhüdud dövlətlərin heç birində belə etnik mənzərə – daha doğrusu, mənzərəsizlik yoxdur; hətta dünyanın başqa bir coğrafiyasında da hazırda monoetnik dövlət təsəvvür etmək çətindir. Üstəlik, həmin o monoetnik dövlətin (havadarlarının hərbi-siyasi dəstəyi ilə) işğala məruz qoyduğu tərəf, etnik mənzərə baxımından bölgənin ən zəngin ölkəsidir!

Vicdanı olan heç kəs inkar edə bilməz ki, məhz Azərbaycan respublikası sivilizasiyalar və mədəniyyətlərarası dialoqun əsas ünvanlarından biridir. Ölkəmizdə insanlar dini, milli mənsubiyyətdən asılı olmayaraq, min illər boyu sərbəst yaşayıb, yaşayır və yaşayacaq; burada heç bir abidə dini milli məzmununa görə mənfi münasibət görmür, tam əksinə, dövlət tərəfindən qorunur, gərəksə, təmir-bərpa işləri aparılır (Bunun “qarşılığında”, dünyaca məşhur Azərbaycan sənətkarları BÜLBÜL, NATƏVAN və Üzeyir bəy Hacıbəylinin Şuşadakı bürünc büstlərinin Ermənistan silahlı qüvvələri tərəfindən gülləbaran edildiyi dünyanın bildiyi bir acı gerçəkdir...)

Bu sətirlərin yazıldığı günlərində ölkəmizin musəvi və pravoslav dinigörüşlü vətəndaşlarının sinaqoq və kilsələrdə Azərbaycan Ordusunun qələbəsi üçün dualar etməsi də ölkəmizdə sivilizasiyalar və dinlərarası dialoqun, həmrəyliyin səviyyəsini göstərməkdədir. Bu gözəl mənzərə önündə bir də qarşı tərəfi təsəvvür edin: qriqorian məzhəbindən kənar dini abidələr ya barmaq sayı qədər qalıb (ona da məcbur olublar), ya da dağıdılıb və ibadət yeri kimi deyil, heyvan saxlama məntəqəsi kimi istifadə edilir. Belə bir ortamda nəinki başqa din mənsubları Ermənistan silahlı qüvvələri üçün dua edər, hətta heç qriqorian məzhəbi mənsublarının da duası Tanrı qatında qəbul görməz!

Gəlin, Ermənistanın bədnam işğalçılıq paktikasının mədəniyyət planındakı acı gerçəkliyinin statistikasına diqqət yetirək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ən yeni rəsmi açıqlamasına görə:

- işğal edilmiş ərazilərdə viran edilmiş yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən

4,6 milyon kitab fondu olan 927 kitabxana,

808 mədəniyyət sarayı, klub və mədəniyyət evi,

85 musiqi və rəssamlıq məktəbi

işğaldan və işğalçılardan “nəsibini” alıb...

Bununla yanaşı,

100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı,

4 rəsm qalereyası,

4 teatr müəssisəsi,

2 konsert müəssisəsi,

8 mədəniyyət və istirahət parkı,

işğaladək dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi,

o cümlədən

Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII yüzillər),

Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII yüzil),

Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV yüzil),

Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən olan

Azıx mağarası,

Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu və b... erməni vandalizminin acı zərbələrinə məruz qalıb; onlardan bir çoxu günü bugün də işğal altında saxlanılır və həmin abidələrlə işğalçı hərbçilərin istəyinə uyğun davranılır.

Müzəffər Ordumuz 27 sentyabrdan bəri bir çox əraziləri işğaldan qurtardığı, bir çox məntəqəni də nəzarət altına götürdüyü üçün hazırda işğalçı yalnız Ermənistan silahlı qüvvələrinin tam nəzarəti altında qalmış abidələrə zərər vermə imkanına malikdir; lakin biz tam əminik ki, çox yaxın günlərdə torpaqlarımızın hamısını dövlətimizin tam nəzarətinə qaytarıb, oradakı bütün maddi-mədəniyyət abidələrini də vandallıqdan qurtaracağıq.

Beləliklə, abidələrimiz, toponimlərimiz öz həqiqi adlarına, məzmun və mahiyyətlərinə qovuşacaq; tarixi bəlgələr əsasında, mütəxəssis rəyi ilə gərəkən təmir-bərpa prosesi həyata keçiriləcək, dünya mədəniyyətsevərlərinin, araşdırmaçı-yazarların, turistlərin və b.-nın sıx-sıx ziyarət etməsinə, öyrənib öyrətməsinə münbit ortam yaranacaq...

Onu da qeyd edək ki, Ermənistanın Azərbaycan mədəni irsinə vandallığı yalnız işğal altındakı Qarabağ torpaqlarında baş verməyib, Ermənistan respublikasının hüdudları içindəki bütün maddi-mədəniyyət abidələrimiz də ağır müdaxilələrə məruz qalıb, yaxud dağıdılıb.

İşğalçı dövlətin ərazisində çox sayda tarixi-memarlıq abidəmiz – karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbirüstü abidələr və s. mövcud olub.

XX yüzilin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid mövcud olub və onların hamısı yalnız dini ibadət yeri olması ilə deyil, memarlıq əsəri olması ilə seçilib. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən İrəvan xanının sarayı və unikal Sərdar (Abbas Mirzə) məscidi məhv edilib.

Bugün Ermənistan respublikası hüdudları içində azərbaycanlılara məxsus iki tarixi-memarlıq abidəsi qorunsa da, erməni hiyləgərliyi bu iki abidədən də yan keçməyib – İrəvandakı ünlü Göy məscidi “fars məscidi”, İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi “serifikatlaşdırıblar”.

Ermənistan ərazisindəki qəbiristanlıqlarımız vandalcasına dağıdılıb. Azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, bizə məxsus toponimlərə qarşı da vandallıq edən ermənilər tarix boyu azərbaycanlıların yaşadığı 703 yaşayış məntəqəsinin adını rəsmən dəyişdirib, erməniləşdirib.

Hazırda əsas hədəfimiz Ermənistanın işğalına və terroruna son verərək, BMT tərəfindən tanınmış ərazilərimizdəki abidələrimizi qoruma altına almaq, onları bərpa etmək olsa da, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan ərazisindəki abidələrimizə də yönəltməkdə fayda var. Sadə bir məntiqi sual ortaya çıxır: tarix boyu öz dədə-baba torpaqlarında yaşamış azərbaycanlılar necə ola bilər ki, Ermənistan respublikasının hüdudları içində qalmış ərazidə bir ədəd belə abidə yaratmamış olsun? – 102 il öncəyədək mövcud olan abidələrimiz bir yana, bəs 1988-ci ilədək qorunub-saxlanmış abidələrimiz ötən illər ərzində hara qeyb olub?!

Monoetnik bir dövlətin ərazisindəki bütün qeyb olmaların məsuliyyətini məhz ermənilər və Ermənistan dövləti daşıyır!

Onu da unutmuruq ki, Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində həyatını itirmiş neçə sənət adamı, mədəniyyət xadimi və gələcəyi parlaq istedadlar vardı... Uzaq 1919-cu ilin soyuq fevral ayının 5-də erməni polkovnikinin başçılığı ilə “Küllü təpə” deyilən yerdə belinə odlu samovar bağlanaraq, beş oğlu ilə birlikdə vəhşicəsinə öldürülən Aşıq Nəcəf... nə birinci, nə də sonuncu şəhid edilən mədəniyyət xadimi olub, təəssüf ki!

Təsəllimiz odur ki, hazırda dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur yeri olan qüdrətli müstəqil dövlətimiz var və müzəffər Ordumuz işğal altındakı torpaqlarımızı işğaldan azad etməkdədir!

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

Milli Məclisinin Mədəniyyət komitəsinin sədri

Tarix
2020.10.30 / 16:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla