Yuxarı

Fransız deputatlar bir halda Qarabağa gələ bilər - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransız deputatlar bir halda Qarabağa gələ bilər - Politoloq

Hətta Rusiya belə işğaldan azad edilən keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına humanitar yardım aparmaq üçün rəsmi Bakıdan icazə alır. Bu, başda Fransa olmaqla, digər ölkələr üçün də nümunə olmalıdır. Qarabağ Azərbaycan ərazisidir və bura gəlmək istəyən istənilən xarici vətəndaş statusu və kimliyindən asılı olmayaraq, bu torpaqların tək sahibi olan Azərbaycandan icazə almalıdır.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Fransa senatının bəzi deputatlarının işğaldan azad edilən keçmiş Dağlıq Qarabağa səfər etməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, indi hər şey rəsmi Bakıdan asılıdır:

“Rəsmi Bakının ölkəmizin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlərlə bağlı mövqeyi bəllidir və dəyişilməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən onun Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır. Ölkəmizin qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır.

Xüsusilə bu, bir müddətdir işğaldan azad edilən keçmiş Dağlıq Qarabağa səfər edəcəyini deyən Fransa Senatının erməni lobbisinin dəstəyi ilə seçilən bəzi “deputatları”na aiddir. Bu şəxslər bundan öncə də bənzər şəkildə həmin torpaqlara səfər etmiş və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın mövqeyinə və statusuna tam əks çıxış etmişdi.

Bu və bu kimi hərəkətlər heç bir beynəlxalq hüquqa sığmır və birbaşa həmin ölkənin ərazi bütövlüyünə edilən hörmətsizlikdir. Rəsmi Paris onsuz da gərgin olan Fransa-Azərbaycan münasibətlərinin daha da gərginləşməməsi üçün bu kimi addımlardan çəkinməlidir”.

Tarix
2020.12.03 / 15:16
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Heydər Əliyev Azərbaycanı memar kimi yenidən qurdu

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla