Yuxarı

Azərbaycan və Pakistan arasında saziş imzalandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Pakistan arasında saziş imzalandı

13:25

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qüreyşi ilə görüşüb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramovun Pakistana rəsmi səfəri çərçivəsində bir araya gələn nazirlər Azərbaycanı işğal edilmiş ərazilərinin azad olunması münasibətilə təbriklərini ifadə edən Pakistan naziri ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin hər zaman dəstəklədiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və Vətən müharibəsi dövründə Pakistan tərəfindən bütün səviyyələrdə, xüsusilə də Pakistan xalqı tərəfindən nümayiş etdirilən birmənalı dəstəyi məmnunluqla qeyd edib.

İki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri vurğulayan tərəflər, inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək məsələlərini müzakirə etdilər.

Azərbaycan və Pakistan arasında yüksək səviyyəli səfər mübadilələrinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyi bildirildi.

Görüş zamanı, həmçinin ölkələr arasında ticarət, iqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər kimi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı. İnsanlararası əlaqələr, habelə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edildi, ADA Universiteti ilə Pakistanın Xarici Xidmət Akademiyası arasında münasibətlərin inkişaf etdirilməsi vurğulandı.

Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Görüşdən sonra nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında saziş" imzaladılar.

Tarix
2021.01.14 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp 8 deyil, 1 müharibəyə son qoyub

Əliyev Piterə gedəcəkmi? - Bizim üçün çox vacibdir

Rusiya Azərbaycanın mülkünə iddia etdi

İlham Əliyev BƏƏ-də - Foto

Biləsuvar gömrüyündə nə baş verir? - Video

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla