Yuxarı

Tonoyan: “Yeni müharibə - yeni ərazilər” demişdim... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tonoyan: “Yeni müharibə - yeni ərazilər” demişdim... - Video

13:27

Baş nazirlik-Baş Qərargah-Müdafiə Nazirliyi sistemində qeyri-dəqiqlik problemi var idi.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq müdafiə naziri David Tonoyan İkinci Qarabağ savaşı ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, bunun nəticəsində ərsəyə gələn səfərbərlik, Ermənistan silahlı qüvvələri, əhalinin təxliyəsi və s. məsələlərdə yaşanan problemləri həll edə bilməyib.

“Müharibə qurtardıqdan sonra Ermənistanda və onun hüdudlarından kənarda məşhur “yeni müharibə – yeni ərazilər” ifadəniz müzakirə olunur. Məsələn, yanvarın 18-də onu Rusiya XİN başçısı da mətbuat konfransında xatırladıb. Bu bəyanata görə peşmansınızmı” sualını Tonoyan belə cavablayıb:

“Təxminən il yarım bundan əvvəl ABŞ-ın erməni icması ilə görüşdə səsləndirilən bu ifadə Azərbaycan hərbi-siyasi rəhbərliyinin Qarabağ problemini hərbi yolla həll etmək niyyətilə bağlı bəyanatlarına cavab idi. Bakının və bəzi erməni siyasi xadimlərin sözlərinə baxmayaraq, bu ifadə danışıqların iflasa uğramasına və müharibənin başlanmasına səbəb ola bilməzdi. Müharibə istənilən gün başlana bilərdi”.

Qeyd edək ki, Tonoyan bu ifadəni yalnız ABŞ-da işlətməyib, bu tezis Paşinyan hakimiyyətinin Qarabağ siyasətinin bazisi rolunu oynayıb. 2020-ci ilin Tovuz istiqamətində erməni təxribatı zamanı və ondan sonrakı günlərdə də Tonoyan fəxrlə bu tezisi səsləndirməkdə idi.

Tarix
2021.01.25 / 15:02
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla