Yuxarı

ABŞ-ın bu şəhəri Xocalı ilə bağlı bəyannamə imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın bu şəhəri Xocalı ilə bağlı bəyannamə imzaladı

Florida ştatının Sanni Ayles Biç şəhərinin meri Corc Skoll Xocalının 29-cu ildönümü ilə əlaqədar 26 fevral 2021-ci il tarixinin Xocalı soyqırımı qurbanlarının anım günü elan edilməsinə dair bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, merin imzaladığı bəyannamədə 1988-ci il Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin başlaması, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu nəticəsində aralarında qadınların, uçaqların, qocaların olduğu 600-dən çox mülki insanın qətlə yetirilməsi barədə məlumat verilib.

Bəyannamədə qeyd edilir ki, Xocalı soyqırımı müharibə dövründə vurula bilən dəhşətli ziyanın ağrılı xatırlatmasıdır və dünya xalqları arasında daha çox ünsiyyət və tolerantlığa ehtiyac olduğunu göstərir.

Bütün bunları nəzərə alan mer Corc Skoll 26 fevral 2021-ci il tarixini Xocalı faciəsinin Anım Günü elan edib.

Bəyannamə Florida ştatında yaşayan soydaşlarımız və Florida-Azərbaycan İcmasının təşəbbüsü ilə qəbul edilib.

Xatırlladaq ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində ABŞ-ın Minnesota ştatının qubernatoru, Florida ştatının Aventura və Holondeyl Biç şəhərlərinin merləri, Men ştatının Portlənd şəhərinin meri, İllinoys ştatının Skoki şəhərinin meri və Massaçusets ştatının Boston şəhər meri tərəfindən də oxşar bəyanatlar qəbul edib.

Tarix
2021.02.26 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi

Azərbaycan Trampın dəvətini qəbul etdi

İstər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik

Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub

Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto

“Bona Dea”nın Nigar Köçərliyə kobudluğu... - Professor

Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla