Yuxarı

İranın Qarabağ açıqlaması niyə qıcıq doğurdu? – Detallar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran tərəfindən “Qarabağda yerləşən terrorçular” ifadəsinin son vaxtlar tez-tez, həm də yüksək rəsmilər tərəfindən səsləndirilməsi, əslində, heç də Azərbaycanın əleyhinə deyil. İran Qarabağ ərazisində terrorçu qrupların olmasından narahatlığını bildirir. Elə Azərbaycan da bundan narahatdır. Amma iş orasındadır ki, terrorçu qruplar, yaxud onların nümayəndələri Azərbaycanın ərazisində, yaxud da Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilərdə deyil, sülhməramlıların məsuliyyət zonasındadır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Baxın, Qarabağın dağlıq hissəsində sülhməramlı missiyanın həyata keçirildiyi zonalarda Balasanyan kimi insanlar yerləşir. Balasanyan özünü qondarma “dqr”in “təhlükəsizlik şurasının rəhbəri” kimi qələmə verir, amma o, terrorçudur. Hansısa ölkə, o cümlədən İran məhz bu cür insanların fəaliyyətindən narahat olmalıdır. İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən müxtəlif terrorçu qrupların nümayəndələri vuruşurdu, buna dair konkret faktlar mövcuddur. Yeri gəlmişkən, onlar bunu gizlətmirdi, çünki sosial şəbəkələrdəki paylaşımlarda həmin “könüllülər” özlərini Suriyadan, Livandan və digər ölkələrdən gəlmiş insanlar kimi qələmə verib, bu faktı təsdiqləyirdilər. Bilirik ki, Suriyada “erməni batalyonu” adlı terrorçu qurum da fəaliyyət göstərir, həmin erməni batalyonunun nümayəndələri Qarabağda döyüşlərə qatılmışdı”, - deyə İ.Vəlizadə bildirib.

Politoloqun sözlərinə görə, İranın bu sözlərinin Azərbaycanda birmənalı qəbul edilməməsinin səbəbi var:

“Əvvəla, İran son bir həftədə “Qarabağdakı terrorçulardan” nədənsə daha çox narahatdır. Halbuki 30 illik işğal vaxtı narahatlıq üçün daha çox əsas vardı, əvəzində İrandan bunu görməmişik. Digər tərəfdən, İranın narahatlığı həddən artıq ümumidir. Yəni rəsmi Tehran narahatlığını konkretləşdirməli və hədəfini dəqiq göstərməlidir. İranın bu məsələdəki narahatlığına böyük məmnuniyyətlə qoşuluruq, çünki torpaq da, ərazi də bizimdir və bizim ərazi bütövlüyümüz beynəlxalq birlik tərəfindən tanınır. Qarabağda terrorçu varsa, bu, ilk növbədə Azərbaycan üçün təhdiddir. Amma bizim də narahatlığımız var: İran rəsmilərinin açıqlamalarında nə Ermənistan tərəfindən vuruşan terrorçulardan bəhs olunur, nə də 10 noyabr bəyanatından sonra Qarabağda qalan və yaxud Qarabağa müxtəlif yollarla göndərilən, Qarabağ meşələrində gizlənərək təxribatçı hücumlar edən terrorçuların adı konkret çəkilir. İran niyə ikibaşlı eyham vurmalı, konkret ünvan göstərməməlidir və ümumiyyətlə, niyə son bir həftədə bu narahatlığını üçüncü dəfə elan etməlidir? Bəs, bu terrorçuların 26 noyabr, 6 dekabr və 11 dekabr təxribatları zamanı niyə ciddi şəkildə narahatlığını bildirmirdi?”

Ekspert bildirib ki, bütün hallarda bu cür ünvansız tezislərin səsləndirilməsi heç də Azərbaycanın İranla münasibətinə müsbət təsir göstərə bilməz və Azərbaycan cəmiyyətində qıcıq doğurur:

“Buna görə də İran bu narahatlığını nə qədər qısa müddətdə konkret ünvana yönəltsə, bir o qədər həm Azərbaycan ictimaiyyəti, həm də İran üçün çox yaxşı olar. İran Azərbaycan üçün dost ölkədir, İran xalqı da Azərbaycan xalqı üçün böyük ölçüdə doğmadır, qardaşdır. Ümid edirəm ki, İran bu qədər müəmmalı açıqlamalarla Azərbaycan xalqını özündən küsdürmə siyasətindən əl çəkəcək”.

Tarix
2021.03.03 / 08:30
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla