Yuxarı

Qoşulmama Hərəkatı peyvəndlə bağlı sənəd qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qoşulmama Hərəkatı peyvəndlə bağlı sənəd qəbul etdi

Martın 5-də Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində təşkilatın Əlaqələndirici Bürosu bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunması barədə kommünike sənədini yekdilliklə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, kommünikedə Qoşulmama Hərəkatına üzv ölkələr beynəlxalq gündəmin ən vacib məsələlərindən olan COVID-19 peyvəndinə dövlətlərin bərabər və ədalətli çıxışının təmin edilməsi məsələsinə, bu xüsusda inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasındakı qeyri-bərabərliyə diqqət yönəldiblər.

Qoşulmama Hərəkatının üzvləri COVID-19-un sürətlə yayılmasının davam etməsi ilə bağlı dünyada dövlətlər arasında qeyri-bərabərliyin dərinləşməsindən, yoxsulluğun artmasından ciddi narahatlıqlarını ifadə edərək, pandemiyanın təsirlərini cavablandırmaq üçün qlobal səylərin gücləndirilməsində təşkilatın oynadığı önəmli rolu vurğulayıblar.

COVİD-19-a cavab olaraq Qoşulmama Hərəkatının Kontakt Qrupunun yaradılması və 2020-ci il mayın 4-də Zirvə görüşünün keçirilməsi, habelə sammitin qərarı əsasında üzv ölkələrin tibbi və humanitar ehtiyaclarına dair məlumat bazasının yaradılması və təşkilatın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi qlobal təhdidlərin cavablandırılması üçün çoxtərəfliliyin gücləndirilməsinə Qoşulmama Hərəkatının dəyərli töhfəsi kimi qeyd edilib.

Büro üzvləri COVİD-19 əleyhinə peyvəndlərin yüksək gəlirli və az gəlirli ölkələr arasında paylaşılmasında qeyri-bərabərliyin olmasından ciddi narahatlıq ifadə ediblər. Belə ki, peyvənd başlanılandan bütün peyvəndlərin 90 faizi əksəriyyəti yüksək və orta gəlirli ölkələrdə cəmləşmiş, az gəlirli ölkələr isə peyvəndə çıxış əldə etməkdə geri qalırlar. Bununla əlaqədar olaraq, Büro inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əlverişli şərtlərlə, bərabər və ədalətli şəkildə peyvəndlə təmin olunmasına çağırıb.

Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu, həmçinin bütün beynəlxalq təşkilatları və aidiyyəti tərəfləri peyvəndlərin istehsalı, paylanması və ədalətli şəkildə qiymətləndirilməsində şəffaflığı təmin etməyə çağırıb.

Əlaqələndirici Büronun kommünike sənədini qəbul etməsi hazırda dünyanın üzləşdiyi ağır pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin önəmli töhfəsidir.

Tarix
2021.03.07 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır - Mirzoyan

Keçmiş məcburi köçkünlərə edilən bu güzəştlər ləğv olunsun

Putin İlham Əliyevə zəng etdi

Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla