Yuxarı

Bunu Azərbaycanla bölüşməyə hazırıq - Lukaşenko

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allaha şükür, hər şey bitib. Sadəcə, sağ olun ki, bitirdiniz və əminəm ki, Siz tarixin bu səhifəsini çevirəcəksiniz. Azərbaycan məsələyə bu cür yanaşmaqla Azərbaycanda yaşayan ermənilərin boyunlarını əyməyə hazırlaşmır, axı onlar təkcə Qarabağda deyil, başqa yerlərdə də yaşayırlar. Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır, mən belə nümunələr görməmişəm. Siz bizi haraya çağırsanız hər cür kömək göstərəcəyik. Biz öz variantlarımızı təklif edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən deyib.

Belarus Prezidenti əlaqələrimizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd edərək, eyni zamanda, onun işğaldan azad olunmuş ərazilərimizin bərpası və ölkəmizdə pandemiyaya qarşı mübarizədə fəaliyyətini yüksək qiymətləndirib:

“Əlbəttə, ticari-iqtisadi sahədə əməkdaşlıq, kooperasiyanın daha yüksək mərhələsinə keçid, müştərək müəssisələr, texnologiyanın verilməsi və burada Azərbaycana lazım olan, lakin ənənəvi sovet dövründə və indi də malik olmadıqları istehsalatlar yaradılması barədə danışdıq. Buyurun, biz buraya, xüsusən işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərdə birgə müəssisələr yaratmağa hazırıq”.

Bu baxımdan Belarus Prezidenti ölkəsinin Azərbaycanla birgə, çiyin-çiyinə və məsuliyyətlə fəaliyyət göstərməyə hazır olduğunu vurğulayıb:

“Pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Biz sabahdan etibarən Belarus əhalisinin kütləvi peyvəndlənməsini başlayacağıq. Vaksinlər özümüzünküdür, Rusiya Federasiyasının “Sputnik V” texnologiyası əsasında yaradılıb. Biz ölkədə yarım milyon doza vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik. Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq. Sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm sahələrində kooperasiya əlaqələrinin inkişafı üçün böyük potensial var. Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik. Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur”.

Tarix
2021.04.14 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla