Yuxarı

Rusiya erməni ordusunu guya “gücləndirir”… - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığın genişlənməsi və Ermənistan ordusunun Rusiya Silahlı Qüvvələri tərəfindən modernləşdirilməsi haqda məlumatlar erməni ictimaiyyətinin gözündən pərdə asmaq üçündür. Kreml üçün vacib olan öz maraqlarıdır, Ermənistanın güclənməsi deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistanın Sünik (Zəngəzur) vilayətində 102-ci hərbi bazanın “filialının” yaradılması istiqamətində danışıqların aparılması və Rusiyanın Ermənistan ordusunu modernləşdirməsi barədə rəsmi açıqlamaları şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan bilmədən özü-özünün sonunu gətirir:

“Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bir çox məsələlər haqda, həmçinin Ermənistan ordusunun Rusiya Silahlı Qüvvələri tərəfindən modernləşdirilməsi, eyni zamanda Zəngəzurda 102-ci hərbi bazanın “dayaq məntəqəsi”nin yaradılması haqda danışdı. Lakin bütün bunlar İrəvan üçün yaxşı heç nə vəd etmir. Məsələ ondadır ki, bütün bu proseslər parlament seçkiləri öncəsi baş tutur. Yeni silah-sursatların regiona gətirilməsi, sərhəd infrasturkturunun gücləndirilməsi və hər şeyin 102-ci hərbi bazada cəmləşdirilməsi ondan xəbər verir ki, Rusiya Ermənistandakı ordusunu gücləndirir.

Düzdür, Ermənistana hansısa bir silah-surat verilə bilər, bunu istisna etmirəm. Ancaq bunlar aparıcı silahlar olmayacaq. Daha çox köməkçi silahlar olacaq. Hətta Ermənistan-Rusiya birgə hərbi birliklərinin də yaradılması gündəmdədir. Lakin bu birliklərə rus hərbçiləri rəhbərlik edəcək. Prosesi ümumi xarakterizə etsək, deyə bilirik ki, Ermənistan ordusu öz ölkəsində ikinci dərəcəli orduya çevrilir. Paşinyan isə bunu xalqına ciddi bir uğur kimi təqdim edir”.

Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistanda günü-gündən güclənməsinin günahkarı rəsmi İrəvandır:

“Hər halda Ermənistan özü təkidlə Rusiyanı ölkəyə dəvət etməsə, rəsmi Moskva orda hərbi mövcudiyyətini artırmazdı. Məsələ ondadır ki, rəsmi İrəvan hələ də Türkiyə və Azərbaycandan özünə qarşı ciddi bir təhlükə gözləyir. Halbuki bunun heç bir məntiqi əsası yoxdur. Çünki Azərbaycan Ermənistanın beynəlxalq aləmdə tanınan sərhədləri daxilinə müdaxilə etmək niyyətində olmadığını 44 günlük müharibə dövründə açıq şəkildə göstərdi. Ermənistan ərazisindən ölkəmizin mülki şəhərlərini ballistik raketlə atəşə tutarkən belə rəsmi Bakı qarşılıq vermədi. Bu mənada deyə bilərəm ki, rəsmi İrəvan özü öz sonunu gətirir. Təbii ki, Rusiya belə bir dəvəti heç vaxt geri çevirməz. Ermənistan nə qədər ki, Azərbaycan və Türkiyədən özünə qarşı təhdid gözləyəcək, qonşuları ilə sülh bağlamayacaq, özündən qat-qat güclü qonşularına ərazi iddiası edəcək, heç vaxt müstəqil ölkə olmayacaq”.

Tarix
2021.04.16 / 08:45
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla