Yuxarı

Fransa Qarabağın bərpasına can atır, yoxsa?.. - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq aləmdə ölkələr arasında münasibətlər maraqlara əsaslanır. Biz Fransanın dövlət maraqlarını həm 44 günlük müharibə zamanı, həm də müharibə sonrası çox yaxşı gördük. Bu mənada rəsmi Bakının Parisə qarşı soyuq olması təəccüblü deyil. Əlbəttə ki, bu, işğaldan azad edilən Qarabağın bərpa prosesində də özünü büruzə verir.

Bu sözləri Axar.az-a politoloq Teymur Qasımlı son günlər Fransa mediasında işğaldan azad edilən Qarabağın bərpa prosesi və rəsmi Parisin prosesdə iştirak etmək istəyi haqda yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Fransanın ermənipərəst mövqeyi Azərbaycanın bu ölkəyə olan inamını sarsıdıb:

“Rəsmi Parisin Qarabağda bərpa prosesində iştirak etmək istəməsi əlbəttə, müsbət haldır. Lakin indiki halda bunun nə məqsədlə istənildiyi şübhələri də yaranır. 44 günlük müharibəyə qədər iki ölkə münasibətləri yüksək səviyyədə inkişaf dinamikasına malik idi. Beynəlxalq layihələrin icrasında Fransa şirkətləri ilə Azərbaycan şirkətləri ortaq işlər görürdü. Lakin Fransanın 44 günlük müharibə zamanı sərgilədiyi ermənipərəst mövqe ən azından rəsmi Bakının Parisə inamını sarsıtdı. Əlbəttə, burada ölkə maraqlarını sorğulamırıq. Fransa müstəqil ölkədir və istədiyi ölkəyə yardım edə bilər. Lakin bu yardımın məhz 44 günlük müharibə zamanı edilməsi, özü də Minsk Qrupu həmsədri və bitərəf mövqe sərgiləməsi lazım gəldiyi halda, münaqişənin tərəflərindən birini hərbi-siyasi baxımdan dəstəkləməsi təbii ki, Fransa-Azərbaycan münasibətlərinə zərər verəcəkdi.

Fransa 44 günlük müharibə zamanı ən azından həmsədr olaraq tərəfsiz qalsa idi, bu gün iki ölkə münasibətləri bu vəziyyətdə olmazdı. Ölkə başçısının müharibə zamanı dediyi “bu gün Ermənistana yardım edən ölkələr sabah peşman olacaq” sözləri bu gün özünü bir daha doğruldur. Fransa məğlub ölkənin yanında olmağı özü seçdi. Təbii ki, gələcəkdə bizi nəyin gözlədiyini deyə bilmərəm, ancaq indiki halda rəsmi Paris bərpa prosesində iştirak etməməlidir. Heç kəs bizə qarant verə bilməz ki, Fransa bərpa adı altında Qarabağda erməni separatçılara və ya rəsmi İrəvana dəstək verməyəcək”.

Tarix
2021.04.19 / 16:28
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla