Yuxarı

Bu cür destruktiv yanaşma gərginliyi artırır - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu cür destruktiv yanaşma gərginliyi artırır - XİN

Sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir. Əlbəttə, üçüncü ölkələrin bölgədəki vəziyyətlə əlaqədar, gərginliyin kəskinləşməsinin aradan qaldırılmasına yönələn narahatlıqlarını başa düşürük. Hesab edirik ki, belə həssas bir mövzuda hər hansı bir açıqlama verməzdən əvvəl bütün fendamental səbəblər və məsələlər hərtərəfli araşdırılmalıdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər edib, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlayıb. Hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır.

“Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilib. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir”, - XİN rəsmisi bildirib.

Tarix
2021.05.16 / 09:18
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla