Yuxarı

Kanada hara, Qarabağı Rusiya ilə müzakirə hara...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrovun kanadalı həmkarı Marko Qarno ilə Qarabağı müzakirə etməsi özlüyündə təəccüblü haldır. Çünki Kanada Rusiya ilə Qarabağı müzakirə edəcək dövlət deyil.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya xarici işlər naziri Sergey Lavrovun kanadalı həmkarı Marko Qarno ilə Qarabağı müzakirə etməsini şərh edərkən deyib.

O bildirib ki, Qarabağ münaqişəsi artıq bitib:

“Doğrudur, bəzi nüanslar var ki, hazırda bu istiqamətdə işlər görülür. Lakin bu, yenə də Kanada kimi Qarabağ münaqişəsinə yaxından-uzaqdan əlaqəsi olmayan bir ölkəyə prosesdə birbaşa iştirak edən Rusiya ilə görüşüb müzakirə etmə haqqını tanımır.

Görünür, Kanada özünü dünyanın aparıcı ölkələrindən hesab edir. Realda isə Kanada Konstitusiyasında da deyildiyi kimi, Kanada Britaniya kraliçasının ölkə əhalisinə verdiyi hədiyyədir.

Bu gün Böyük Britaniya ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi, siyasi əlaqələr var və inkişaf etməkdədir. Lakin görünür, Kanada öz kraliçasının ölkəsi ilə eyni siyasəti aparmır. Və ya ola bilsin, özünü Britaniya krallığına bərabər ölkə sayır ki, okeanın o başından Qafqazdakı həll edilmiş bir münaqişə haqda məlumat toplamaq istəyir.

İstənilən halda Kreml bu və ya başqa formada diqqətli olmalıdır. Hər şeydən öncə Qarabağ hər ölkə ilə müzakirə ediləsi məsələ deyil. Kanadanın niyyəti təmiz olsa idi, hər halda Qarabağ ətrafında gedən son siyasi prosesləri rəsmi Bakı ilə də müzakirə edə bilərdi. Belə çıxır ki, keçmiş Britaniya dominyonu da ermənilərə himayədarlıq etmək eşqinə düşüb”.

Tarix
2021.05.22 / 09:09
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Nazir Rza Məmmədova vəzifə verdi

Tramp, Əliyev və Paşinyan görüşünün - Təfərrüatı

Yəmən Prezident Şurasının sədri Bakıya dəvət olundu

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

Əli Əsədov Türkmənistanda

Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı

Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla