Yuxarı

Akardan möhtəşəm: Bakıya təhdid bizə təhdiddir! - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akardan möhtəşəm: Bakıya təhdid bizə təhdiddir! - Video

Bizim hər hansı şəkildə kimsənin sərhədlərini pozmaq kimi niyyətimiz yoxdur. Ancaq digər tərəfdən də quruda, dənizdə və havada heç bir şəkildə nə özümüzün, nə də dost və qardaşlarımız Azərbaycanın, Şimali Kipr Türk Cümhuriyyətinin haqqını, hüququnu yedirtmərik.

Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə deyib.

“Yeganə məqsədimiz ölkəmizin, dost və qardaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Bunun üçün səy göstəririk. Bundan başqa bizim gizli planlarımız olmadığını hər kəsin bilməsi lazımdır. Bu uğurlu təlimlər eyni zamanda bizi izləyən düşmən gözlərini qorxudur, dost və qardaşlarımızı həyəcanlandırır. Azərbaycana qarşı edilən təhdidləri bizə qarşı edilmiş kimi görürük”, - Akar bildirib.

30 ildir işğal altında qalan torpaqlarını “Tək Vətən Hərəkatı” ilə 44 gün ərzində azad edən Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edən Akar bildirib ki, uğurlu əməliyyatdan sonra yaradılan Birgə Monitorinq Mərkəzində Türkiyə əsgərləri Rusiya hərbçiləri ilə birlikdə xidmət göstərir, atəşkəsi müşahidə edir, atəşkəsin daimi olması üçün birlikdə səy göstərirlər.

Akarın sözlərinə görə, iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı qardaşlığa möhür vurdu:

“Bəyannamə Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın gəldiyi nöqtəni göstərdiyi qədər, bundan sonrakı yol xəritəsini də ortaya qoydu”.

Tarix
2021.09.15 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

Hikmət Hacıyev Qazançı kilsəsindən video paylaşdı

Diplomatlar Laçında sədərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla