Yuxarı

Əliyev elan etdi: Zəngəzur dəhlizi açılır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliyev Zəngilana səfərində bildirdi: “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”.

Soçi görüşünün gündəmi, Paşinyanın Moskvaya dəvət edilməsi, ardınca MDB iclasında Naxçıvanla nəqliyyat əlaqəsinə razı olduqları açıqlamaları və s. prosesin aktivləşdiyini deməyə əsas verir.

Azərbaycan öz sərhədlərinə düşən hissədə - Zəngilana qədər olan ərazidə işləri həyata keçirir: işlərin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Lakin dəhlizin Ermənistan ərazisindən keçən hissəsində inşa işlərinin nə vaxt başlanacağı sualı hələ də açıq qalır.

Bu ilin aprelində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Naxçıvanı Azərbaycana birləşdirəcək avtomobil yolunun tikintisinin getdiyi, işin ilin sonunda – dekabrda yekunlaşacağı, ardınca dəmir yolunun inşasına başlanacağına dair açıqlama vermişdi. Hərçənd, Ermənistan ərazisinə düşən hissədə hansısa inşa işlərinin getdiyinə dair məlumat yoxdur.

Bakının cari hədəfi dəhlizin Ermənistan ərazisindən inşasına başlamaqdır və istisna deyil ki, Əliyevin istinad etdiyi “son hadisələrdə” – təmaslarda tikinti işlərinə başlamaqla bağlı razılıq əldə olunub.

Tarix
2021.10.20 / 23:11
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla