Yuxarı

ABŞ Qafqazdan “qapı açmaq” istəyir – Perinçək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda rəngli inqilab cəhdi bir daha sübut etdi ki, regionumuzda sülh və sabitlik amili çox mühüm rol oynayır.

Bu sözləri Axar.az-a açıqlamasında tarix elmləri doktoru, İstanbul Universitetinin professoru, türkiyəli siyasi ekspert Mehmet Perinçək deyib.

Mütəxəssisin sözlərinə görə, Vaşinqtonun Əfqanıstandan qoşunlarını çıxarmasından sonra Orta Asiyadakı layihələri tamamilə məhv edildi:

“ABŞ Əfqanıstanda tam məğlubiyyətə uğradı. O, nə Əfqanıstanda, nə də qonşu ölkələrdə xaos planını reallaşdıra bildi; Qazaxıstanda rəngli inqilab yaratmaq cəhdi də uğurlu olmadı. Buna baxmayaraq, ABŞ Cənubi Qafqaz vasitəsi ilə Orta Asiyaya yeni qapı açmaq istəyir, Vaşinqtonun isə bunun üçün aləti yoxdur, yalnız xaos ABŞ-ın regionun işlərinə qarışmasına imkan verəcək, lakin bu, o qədər də asan deyil. Cənubi Qafqazda regional güc möhkəmlənir: 6 ölkənin qarşılıqlı fəaliyyəti üçün "3+3" platforması yaradılıb, Ankara–İrəvan münasibətləri nəinki ikitərəfli əlaqələr çərçivəsində, həm də yuxarıda qeyd olunan format çərçivəsində yaxşılaşmaqdadır. Ankara ilə İrəvan arasında münasibətlərin yaxınlaşmasına dair bütün bu təşəbbüslər regionumuzda sülhün və sabitliyin təmin edilməsi üçün böyük rol oynayır, bu yolla Qərbin imperialist qüvvələrini müdaxilə imkanlarından məhrum etmək olar. Buna görə də yalnız regional ölkələr arasında sıx əməkdaşlıq və onların həmrəyliyi Vaşinqtonun hiyləgər planlarına mane ola bilər”.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ torpaqlarını azad etməsi Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması üçün baza rolunu oynayıb:

“Qarabağ azad edildikdən sonra Ermənistanla Türkiyənin, eləcə də Ermənistanla Azərbaycanın yaxınlaşması üçün baza yaranıb. Bu da çox vacibdir, həm də iqtisadiyyatı inkişaf etdirməyə imkan verəcək inteqrasiya deməkdir. Əgər İrəvan Azərbaycan qarşısında verdiyi vədləri yerinə yetirsə, böyük şans qazanacaq, iqtisadi və sosial problemlərini həll etmək imkanını əldə edəcək. Sərhədlərin açılması, köhnə dəmir yollarının bərpası, Zəngəzur dəhlizi - bütün bunlar region ölkələrinin milli maraqlarının reallaşmasına, milli təhlükəsizliyinin möhkəmlənməsinə kömək edir. Ermənistan, əlbəttə ki, Türkiyə və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir və mütləq xarici qüvvələrin planlarında əlaltı rolunu oynamağı dayandırmalıdır. Çünki İrəvanın birmənalı şəkildə xarici “dostlarla” deyil, qonşuları ilə əməkdaşlıq etməsi vacibdir.

Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmağa hazırdır və bunun üçün müvafiq addımlar atır. İlham Əliyev də bu barədə dəfələrlə danışmışdı. Hər şey indi İrəvanın özündən asılıdır, destruktiv olmaq, ya olmamaq onun seçimidir”.

Tarix
2022.01.17 / 16:24
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla