Yuxarı

ABŞ hücum edir - Putin geri çəkildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ hücum edir - Putin geri çəkildi

Rusiya Ukrayna sərhədindəki qoşunların bir hissəsini geri çəkmək qərarına gəlib. Moskva bu addımı “təlimlərin başa çatması” ilə əlaqələndirir, hərçənd, bunu Vaşinqtonun “işğal günü” gedişinin nəticəsi kimi dəyərləndirə bilərik.

ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi – 16 fevral – açıqlamaqla iki gediş etdi:

Birincisi, Ukrayna ətrafında geosiyasi təşviş yaratdı və onunla razılaşmayan Avropaya rus təhlükəsinin reallığını göstərmək istədi;

İkincisi, geosiyasi rəyi formalaşdırmaqla Rusiyanı günahkar tərəf kimi davamlı təkziblər verməyə məcbur etdi.

Rusiya “16 fevralda hücum etməyəcəyini” sübut etməyə məcbur idi: Moskva “işğal tarixi”ndə ABŞ-ı haqlı çıxaracaq mümkün hadisələrin olması ehtimalını da nəzərə alır.

Putin dünən Şoyqu və Lavrovla müzakirələr apardı. Lavrovun “dialoq üçün bir yol var” açıqlaması Putinin ritorikanı bir qədər yumşaltmaq qərarına gəldiyini göstərir. Ardınca “qoşunların bir hissəsinin Ukrayna sərhədindən çəkilməsi” ilə “hücum etməyəcəyini” sübut etmək gedişi etdi. Putinin bu gedişi həm də bu gün Moskvada Almaniya kansleri Şoltsla görüşə hesablanıb: ruslar “müharibə istəmədiklərini” isbatlamalıdır.

Zaxarova “15 fevral 2022-ci il Qərbin müharibə təbliğatında uğursuz olduğu gün kimi tarixə düşəcək, bir güllə atılmadan, rəzil və məhv edilmiş formada” deyir. Əslində “informasiya müharibəsi”ni uduzan Rusiya oldu, çünki təkzib verən tərəfin günahkar imici daha güclü olur.

ABŞ bununla Rusiyanı geri çəkilməyə məcbur etdiyini göstərməyə və müttəfiqləri üzərində “qoruyucu” rolunu gücləndirməyə də nail olur.

Beləliklə, Vaşinqton hücum edən, Moskva müdafiə olunan tərəfə çevrildi.

Tarix
2022.02.15 / 19:35
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla