Yuxarı

XİN rəhbəri özbəkistanlı həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikası xarici işlər naziri v.i.e Vladimir Norov ilə görüşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafını razılıqla qeyd ediblər. Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımların atıldığı bildirilib və əlaqələrin daha da inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Nazir Vladimir Norov Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verdiyini vurğulayıb. O, qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrin inkişafına verdiyi müsbət töhfəni qeyd edib. Həmçinin elm və təhsil sahəsində əməkdaşlığı qeyd edən Vladimir Norov, Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin sevə-sevə oxunduğunu, Azərbaycanda isə dahi özbək şairi Əlişir Nəvainin orta məktəblərdə tədris edildiyini məmnunluqla vurğulayıb.

Ceyhun Bayramov iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını, habelə yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu qeyd edib. O, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar ilə bağlı məlumatlandırıb. O, bölgədəki bütün kommunikasiyaların açılmasının həm bölgə ölkələri, həm də yaxın bölgələr üçün əhəmiyyətindən bəhs edib, xüsusilə də Zəngəzur dəhlizinin Mərkəzi Asiya ölkələri üçün faydasını qarşı tərəfin diqqətinə çatdırıb.

Tərəflər, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tarix
2022.05.13 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla