Yuxarı

Rusiya Çini qorxutdu: Pekin yayınmaq istəyir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekin BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının genişləndirilməsini və üzv dövlətlərin sayının artırılmasını təklif edib. Bu təklifi Çinin xarici işlər naziri Van Yi səsləndirib. Görünür, Pekin bu təklifi səsləndirməklə digər üzv dövlətlərin rəyini öyrənməyə çalışacaq.

Axar.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzi BRİCS üzvlərinin sayının artırılmasının səbəbini aydınlaşdırmağa çalışıb.

“Çinin xarici işlər naziri bu təklifin mahiyyətini belə izah edib ki, təşkilatın üzvlərinin sayının artırılması əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar yaradacaq. Əslində isə Pekinin məqsədi başqadır.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Pekini qorxudub. Çin ABŞ-ın sanksiyalarından ehtiyat edir. Bu sanksiyalar həm Rusiya şirkətlərinə, həm də bu şirkətlərlə əməkdaşlıq edənlərə qarşı yönəlib. Buna görə də Çinin Rusiya ilə uzun illər əməkdaşlıq edən nəhəng şirkətləri çətin vəziyyətə düşüblər. Onlar bir tərəfdən Rusiyaya mal satmaqda davam etmək istəyir, digər tərəfdən isə ABŞ-ın sanksiyaları ilə üzləşmək istəmirlər. Bu ikisini bir arada tutmaq çətindir. Pekin seçim qarşısında qalmaqdan yayınır. Vaşinqton isə Pekini seçimə sürükləmək istəyir”, - analizdə qeyd edilib.

Bildirilib ki, Pekin Vaşinqton Rusiya ilə “işi bitirdikdən” sonra Çinə keçəcəyini anlayır:

“Pekin siyasi məkanda Amerika ilə mübarizə aparsa da, iqtisadi məkanda əməkdaşlıqdan qopa bilmir. Digər tərəfdən Çini Rusiya ilə bağlayan ortaq təşkilatlar mövcuddur. Bunlardan biri də BRİCS-dir. Bu təşkilat Şanxay Əməkdaşlıq Təşkilatı kimi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafını şərtləndirir. Əks halda münasibətlərindəki problemlər səbəbindən Hindistanla Çin eyni təşkilatda yer almazdılar.

Pekin BRİCS üzvlərinin sayını artırmağı qarşısında hədəf qoymaqla Amerikanın Çinə qarşı təzyiqlərindən qurtulmaq istəyir. Ancaq BRİCS-ə yeni üzvlərin qəbulu Pekinə təhlükəsiz həyat vəd etməyəcək. Misal üçün Hindistan da BRİCS üzvüdür. Ancaq Hindistanın Çinlə təhlükəsizlik problemləri var və Dehli Vaşinqtonla əməkdaşlığa maraq göstərir. BRİCS-in digər üzvləri olan Braziliya və Cənubi Afrika Respublikası da Vaşinqtonla əməkdaşlığa maraq göstərirlər. BRİCS-ə üzv ölkələr Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən məsafə saxlayırlar. İşğalçı müharibə Rusiyanın üzv olduğu bütün təşkilatları, o cümlədən BRİCS-i də zəiflədib. Çünki heç bir dövlət Rusiyanın işğalçı siyasətinə şərik olmaq istəmir”.

Tarix
2022.05.20 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla